İlham Əliyevin "Yaşıl" strategiyası: ölkələri, regionu və dünyanı birləşdirən baxış


Siyasət 26 İyl 2025 20:12:00 72 0

İlham Əliyevin "Yaşıl" strategiyası: ölkələri, regionu və dünyanı birləşdirən baxış

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal səviyyədə "Yaşıl" transformasiyanın aparıcı qüvvələrindən birinə çevrilib.

Ölkədə "Yaşıl" energetikanın inkişafı hərtərəfli və strateji xarakter daşıyır və bütün əsas sahələri - işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin tətbiqindən tutmuş aparıcı qlobal şirkətlərlə genişmiqyaslı beynəlxalq əməkdaşlığa qədər əhatə edir. Azərbaycan Masdar (BƏƏ), ACWA Power (Səudiyyə Ərəbistanı) kimi tərəfdaşlarla, eləcə də bir sıra Çin enerji korporasiyaları ilə enerji sektorunda davamlı artımı təmin edən layihələr həyata keçirir.

Prezident İlham Əliyevin iyulun 19-da Xankəndində "Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və medianın dayanıqlığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı dediyi kimi, Azərbaycanın "Yaşıl" gündəliyi çox genişdir.

"2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir", - deyə dövlət başçısı bildirib.

Beləliklə, Prezident İlham Əliyevin "yaşıl" gündəliyi daxili inkişafdan çox-çox kənara çıxır. Onun təşəbbüsü ilə Azərbaycan Mərkəzi Asiya və Avropa ölkələrini birləşdirən regional "Yaşıl" enerji dəhlizlərinin formalaşmasında mərkəzi halqaya çevrilib. Onların arasında Azərbaycan-Qazaxıstan-Özbəkistan transxəzər "Yaşıl" dəhlizi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən Qara dənizin dibi ilə sualtı enerji kabelinin çəkilməsi layihəsi və digər Avropa ölkələrinin də marağı artmaqdadır.

Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan "Yaşıl" enerjinin ötürülməsi, istehsalı və paylanması üçün bir növ mərkəzə çevriləcək.

"Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, biz yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var.", - deyə Prezident İlham Əliyev bildirib.

Bu fəaliyyət məntiqi olaraq qlobal iqlim gündəliyinə uyğun gəlir və Azərbaycanın iqlim dəyişikliyi məqsədlərinə nail olunmasına fəal töhfə verir. Bu kontekstdə Azərbaycanın BMT İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ardıcıl rəhbərliyi sayəsində Bakıda keçirilən konfrans konkret nəticələr və qlobal iqlim tərəqqisinə doğru addımlarla əlamətdar olan dönüş nöqtəsinə çevrildi.

Azərbaycanın COP29-a sədrliyinin ayrıca prioriteti beynəlxalq ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin həssaslığına cəlb etmək olub. Azərbaycan həmrəylik səsi kimi çıxış edərək, bu ölkələrə dəstək mexanizmlərinin daha fəal müzakirəsinə təşəbbüs göstərib və ədalətli iqlim maliyyələşdirməsini təmin edib.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz rolunu Qlobal Cənub və Qlobal Şimal arasında bir növ körpü kimi görürdü.

"Düşünürəm ki, biz uğur qazandıq. COP29-un mühüm nailiyyətlərindən biri də belə konstruktiv atmosfer yaratmağımız idi. Həmçinin, bizim şəxsi töhfəmiz sayəsində karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzrə razılığa gəlmək mümkün oldu. Ən azı son 10 ildə müzakirə olunan məsələ. Beləliklə, bu, COP29-un çox mühüm və nəzərə çarpan nəticəsidir.

Bizim fikrimizcə, digər mühüm nəticə ondan ibarətdir ki, biz iqlim dəyişikliyinin həlli üçün ayrılan maliyyəni COP29-dan əvvəl olduğu kimi 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına çatdırmağa razılaşa bilmişik. Biz bilirik ki, bəzi ölkələr bununla kifayətlənmir, amma dürüst olmalıyıq, çünki biz maliyyələşməni üç dəfə artıra bilmişik", - deyə Prezident İlham Əliyev bildirib.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın "Yaşıl" strategiyası məsuliyyət, inklüzivlik və davamlılıq prinsiplərinə əsaslanan davamlı daxili inkişafdan regional birləşməyə və qlobal təsirə qədər çoxsəviyyəli bir modeldir.

Azərbaycan nəinki "Yaşıl" enerjiyə keçidlə bağlı genişmiqyaslı proqram həyata keçirir, həm də regional və qlobal enerji əməkdaşlığının yeni arxitekturasını formalaşdırır. Ölkədaxili islahatların, strateji tərəfdaşlıq və iqlim diplomatiyasının uğurlu inteqrasiyası ölkəyə beynəlxalq ekoloji arenada lider mövqe tutmağa imkan verib.

Prezident İlham Əliyevin təşəbbüsü sayəsində əldə edilmiş COP29-un nəticələri təsdiq etdi ki, Azərbaycan təkcə etibarlı tərəfdaş deyil, həm də inkişaf etməkdə olan digər ölkələr üçün ruhlandırıcı nümunədir.

Qlobal iqlim böhranı kontekstində Azərbaycanın "Yaşıl" gündəliyi həllin ayrılmaz hissəsinə çevrilib, onun geosiyasi və enerji əhəmiyyəti isə bütün regionun və onun hüdudlarından kənarda dayanıqlı gələcəyin sütununa çevrilib. TREND

Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur like
  • 26 İyl 20:06  
Şou-biznes Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur

Türkiyənin məşhur aktrisası Meral Kaplan, Arnavutköy bölgəsində yerlə

arrow Ətraflı
Rusiyada qəzaya uğramış "An24" təyyarəsinin qara qutusu açıldı like
  • 26 İyl 19:50  
Digərləri Rusiyada qəzaya uğramış "An24" təyyarəsinin qara qutusu açıldı

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyu

arrow Ətraflı
Konsertə görə metronun iş qrafiki uzadıldı like
  • 26 İyl 19:35  
Digərləri Konsertə görə metronun iş qrafiki uzadıldı

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya

arrow Ətraflı
"Sağlığında yox, indi Aydınla fəxr edirəm" like
  • 26 İyl 19:13  
Şou-biznes "Sağlığında yox, indi Aydınla fəxr edirəm"

Mərhum meyxanaçı Aydın Xırdalanlının anası (Aydın Quliyev) Bikəxanım

arrow Ətraflı
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir like
  • 26 İyl 19:05  
Digərləri FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsin

arrow Ətraflı
Bakıda torpaq iyunda kəskin bahalaşıb like
  • 26 İyl 19:00  
Digərləri Bakıda torpaq iyunda kəskin bahalaşıb

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta q

arrow Ətraflı
“Veteran pulu” artırılacaq?  "Yeni təşəbbüslərin şahidi olacağıq” like
  • 26 İyl 18:45  
Digərləri “Veteran pulu” artırılacaq? "Yeni təşəbbüslərin şahidi olacağıq”

2025-ci ilin iyul ayının 1-dən etibarən Azərbaycanda sosial müavinətlər

arrow Ətraflı
ANAMA işğaldan azad edilmiş ərazilərdəki yanğınla bağlı vətəndaşlara çağırış etdi like
  • 26 İyl 18:43  
Digərləri ANAMA işğaldan azad edilmiş ərazilərdəki yanğınla bağlı vətəndaşlara çağırış etdi

ANAMA işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı v

arrow Ətraflı
“Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş... like
  • 26 İyl 18:33  
Kriminal “Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhk

arrow Ətraflı
Şuşada baş verən yanğının səbəbi müəyyən olunub (FOTO) like
  • 26 İyl 18:21  
Digərləri Şuşada baş verən yanğının səbəbi müəyyən olunub (FOTO)

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş ve

arrow Ətraflı
Kanalda boğulan gəncin meyiti tapıldı like
  • 26 İyl 18:16  
Digərləri Kanalda boğulan gəncin meyiti tapıldı

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

arrow Ətraflı
Dövlət qurumunun əməkdaşı iş başında öldü like
  • 26 İyl 18:12  
Digərləri Dövlət qurumunun əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

arrow Ətraflı
Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu like
  • 26 İyl 17:52  
Digərləri Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu

Regionlarda cari tədris ilində 68 mindən çox, alternativ təlim modelləri v

arrow Ətraflı
Cəmi bir neçə dəqiqə kifayət etdi... like
  • 26 İyl 17:38  
Digərləri Cəmi bir neçə dəqiqə kifayət etdi...

Bu gün səhər saatlarından yağan yağış bir sıra ərazilərdə problemlə

arrow Ətraflı