UNICEFin nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb FOTO
Siyasət 29 İyl 2025 15:40:00 76 0
29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu xəbəri də oxu: Prezident bu yolun əsaslı təmirinə 2 milyon ayırdı
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə təşəbbüs və layihələrdən bəhs olunub.
Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Ölkəmizin BMT-nin, habelə UNICEF-in fəaliyyətində aktiv iştirakı qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, o cümlədən növbəti il ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Ölkəmizdə uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, Azərbaycanın donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı məlumatlandırıb, vətəndaşlarımızın öz torpaqlarına ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.
Saja Farooq Abdullah ölkəmizdə fəaliyyəti müddətində Azərbaycanda uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu vurğulayıb.
Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-UNICEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Buzovna qəsəbəsində yerləşən "The Farm" adı altında fəaliyy

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını daşla öldürməkdə təqs

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hərbi məqsədlərindən yal

Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldı

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görü

Türkiyəli məşhur Kıvanç Tatlıtuğ bahalı yaxtası ilə görüntülənib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

Rusiyada minə yaxın sərnişin hava limanlarında qalıb.

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Əməkdar artist Mətanət İsgəndərli yeni halı ilə diqqət çəkib.

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siy

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə

Cənubi Qafqaz bu gün sadəcə qeyri-sabitlik deyil, dərin və sistemli keçid

Avqust ayı Oğlaq bürcündə doğulanlar üçün həm emosional, həm də mali

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.
