Kürdəmirdə avtomobil yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Siyasət 31 İyl 2025 13:25:00 279 0
Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi
Sərəncama əsaəsn, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Amerikanın "Dallasın Gerçək Evdar Qadınları" realiti şousunun
Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını t
Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və
Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni
"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikin
"Zeytun Pharmaceuticals" MMC şirkəti 23 iyul tarixli məktubunda iki
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhal
"41 dərəcədən çox olan hava şəraitində işçilərin həyat və sağ
Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.
Dünyada ən çox istifadə olunan ağrıkəsicilərdən biri olan parasetamolun
Bu il peşə təhsil müəssələrində 31 mindən çox plan yeri müəyyənlə
Üç bürc üçün Kainatın sürprizi var. Bürclər üzrə proqnoz göstərir
