Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova
Siyasət 01 Avq 2025 18:52:00 66 0
Xankəndidə erməni əsilli rəssam Hovanes Ayvazyana (İvan Ayvazovski) qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır.
Bu xəbəri də oxu: Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı dövlətimiz üçün prioritet məsələdir”
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təxribatçı fikirlərini şərh edərkən deyib.
Deputat bildirib ki, bu abidənin erməni işğalçıları tərəfindən ucaldılması təxribat xarakterli bir addım olub və Azərbaycanın suverenliyinə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirilməlidir.
"Bu cür qanunsuz təşəbbüslər məqsədli şəkildə tarixi və hüquqi reallıqları təhrif etməyə xidmət edir. Ermənistan tərəfi uzun illər ərzində işğal etdiyi ərazilərdə qeyri-qanuni abidələr, saxta "mədəni irs" nümunələri yaradaraq, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb.
Xankəndidə qanunsuz şəkildə qoyulmuş bu abidə də həmin siyasətin davamıdır və regionda gərginliyin saxlanmasına xidmət edən simvolik vasitə rolunu oynayıb. Azərbaycan bu kimi pozuntulara qarşı prinsipial mövqe sərgiləyir və beynəlxalq hüquqa uyğun şəkildə öz suveren ərazilərində qanunsuz obyektlərin aradan qaldırılmasını təmin edir. Hər kəsə aydın olmalıdır ki, Azərbaycanın icazəsi olmadan bu ərazilərdə istənilən fəaliyyət - o cümlədən, abidə ucaldılması - qeyri-qanunidir və hüquqi məsuliyyət doğurur.
Birincisi, dünyanın heç bir ölkəsində, o cümlədən, Rusiyada yerli hakimiyyət orqanlarının razılığı olmadan nə abidə, nə xatirə lövhəsi qoymaq mümkün deyil. İkincisi, hər hansı qanunsuz şəkildə inşa edilmiş və ya quraşdırılmış obyekt ya bağlanır, ya da sökülür. Üçüncüsü, Ayvazovski abidəsi qanunsuz obyekt idi və onun qoyulması ilə bağlı nə Rusiya sülhməramlıları, nə də başqa kimsə Azərbaycan tərəfi ilə razılaşdırma aparmışdı. Bu, o deməkdir ki, abidənin qoyulması Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Üstəlik, bu pozuntuda birbaşa olaraq erməni işğalçıları da iştirak ediblər", - deyə deputat bildirib.
S.Mikayılova vurğulayıb ki, ümumiyyətlə, Ayvazovskiyə cəmi üç yerdə abidə qoyulub - İrəvanda, Feodosiya və Simferopolda.
"O, Feodosiyada doğulub, yaşayıb yaradıb və orada da dünyasını dəyişib - tam məntiqlidir. İrəvanda özünə və qardaşına birgə abidə qoyulub. Ayvazovskinin erməni əsilli olması nəzərə alınarsa, bu da təəccüblü deyil. Simferopoldakı abidə yerli ermənilər tərəfindən qoyulub. Xankəndidə isə Ayvazovskiyə abidə qoyulmasının heç bir əsası yoxdur. Əgər Rusiyadakı ermənilərin "öz soydaşları"na bu qədər ürəkləri yanırsa, abidəni satın ala bilərlər", - o bildirib.
Deputat vurğulayıb ki, bu abidə 2021-ci ildə, Qarabağda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi dövrdə qoyulmuşdu.
"Azərbaycanın suveren ərazisində, hökumətin razılığı olmadan qanunsuz şəkildə abidə ucaldılmışdı. Bu isə həmin obyektin hüquqi əsas olmadan inşa edildiyini göstərir və bu səbəbdən də onun sökülməsi qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib", - S.Mikaylova bildirib.
İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayram

Avqustun 1-də Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş

Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.

Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşım edib.

Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub.

"TikTok"da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kə

2025-ci ilin ilk 6 ayı ərzində aparılan monitorinqlər nəticəsində 5 qanu

Vaşinqton və Pekin strateji sabitlik dövrünə qədəm qoyurlar, çünki tamm

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mət

Azərbaycan paytaxtında ilk dəfə olaraq beynəlxalq səviyyəli qənnadı və

Teleaparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayev ilə son görün

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və d
