2 avqust Azərbaycan Kinosu Günüdür
Kriminal 02 Avq 2025 00:20:00 378 0
Bu gün Azərbaycan kinosunun yaranma günüdür.
Bu xəbəri də oxu: Əməkdar artist vəfat etdi FOTO
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" sənədli xronikası və "İlişdin" adlı bədii süjetlərini nümayiş etdirmişdi. Məhz həmin gün milli kinonun yaranma günü hesab olunur.
Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.
Dağıstanda körpə alan qadın insan alverinə görə azadlıqdan məhrum edil
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyədə axşam saatlarında Adana şəhərinin Yüreğir rayonundakı Özl
Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilən yeni
ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiya 10 gün ərzində Rusiy
Elektrikli nəqliyyat vasitələri (EV) alternativlərinə maraq artdığı bir
Videoya "bir də orada yemək yeməyəcəyəm", "natəmizlikdir" tərzində şə
Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayev bu gün 87 yaşında vəfat ed
Yay aylarında elektrik xərclərini artırmadan evi sərin saxlamaq istəyənl
ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini
Həkim infarktdan qorunmaq üçün aspirin qəbulunun qaydalarını açıqlayıb
Rusiya Dövlət Dumasının deputatı miqrant uşaqları üçün pulsuz təhsili
