Cennifer Lopez Türkiyədə mağazadan qovuldu
Şou-biznes 05 Avq 2025 13:48:00 65 0
Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez İstanbul Festivalı çərçivəsində Türkiyədəki konsertindən öncə alış-veriş edərkən gözlənilməz bir hadisə ilə üzləşib.
Bu xəbəri də oxu: 76 yaşlı Alla 49 yaşlı əri ilə belə görüntüləndi VİDEO
Son.az "haberler"ə istinadla xəbər verir ki, müğənni İstanbulun məşhur ticarət mərkəzlərindən birində, mühafizəçilərinin müşayiəti ilə alış-veriş turuna çıxıb.
Vitrinləri maraqla incələyən Lopez bir neçə mağazada alış-veriş etsə də, bir brend mağazaya daxil olarkən təhlükəsizlik əməkdaşı tərəfindən dayandırılıb.
"Doluyuq" - deyə mühafizəçi bildirib. Lopez isə bu cavaba sakit yanaşaraq "Yaxşı, problem yoxdur" deyib və yoluna davam edib.
Hadisədən bir qədər sonra mağaza əməkdaşlarından biri müğənnini geri dəvət etsə də, Lopez təklifi nəzakətlə rədd edib.
Qeyd edək ki, Cennifer Lopez sabah İstanbulda - Yenikapı Event Hall səhnəsində 4-cü İstanbul Festivalı çərçivəsində böyük bir konsert proqramı ilə çıxış edəcək.
Fidan Son.az
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər v

Sumqayıt Apellyasiya Məhkəməsində 11 yaşlı qıza qarşı seksual xarakter

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhb

Azərbaycanda bir neçə icra hakimiyyətində sektor müdiri - baş mühasib v

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin

Yerli KİV-də yayılan məlumatlara görə, Bakının bir çox yanacaqdoldurma

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi g

Azərbaycanda övladlarına aliment verməyən ana cəzalandırılıb.

Braziliyada 13 yaşlı qızın itkin düşməsi ilə bağlı reportaj hazır

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi

"Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət

Son dövrlərdə respublikanın müxtəlif şəhər və rayonlarında yas məras
