Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim
Siyasət 07 Avq 2025 14:02:00 364 0
Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şərif Əliyev ifadəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib.
Bu xəbəri də oxu: Azərbaycanın İordaniyadakı səfiri geri çağırılaraq İraqa təyin olundu
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib.
Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, - sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, - aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlanmasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.
Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən "yoxlama vuruşu" ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.
O, təqsirləndirilən şəxs Davit İşxanyananın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.
2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş
Latın cazı və salsa musiqisinin yenilikçi simalarından biri, Qremmi mükafa
Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib. Son.az xəbər v
2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəs
Xəbər verdiyimiz kimi, ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazı
Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləm
Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Ryukyu adalarında 5.9 bal g
Milyarder İlon Mask Azərbaycanla bağlı paylaşım edib.
Məşhur müğənni Rihanna Los-Ancelesdə kameraların obyektivinə düşüb.
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar
Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot o
Alimlər Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğasının mü
Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus F-2 tipli qırıcı təy
Cinsi aktivlik insan sağlamlığının vacib göstəricilərindən biri sayıl
