Prezident İlham Əliyev Şahbaz Şərifə zəng edib
Siyasət 10 Avq 2025 16:43:00 288 0
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.
Bu xəbəri də oxu: Azərbaycanın İordaniyadakı səfiri geri çağırılaraq İraqa təyin olundu
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon söhbəti zamanı Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu qeyd olunub.
Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Zeytun yağlı bibər dolması Türkiyə mətbəxinin ən sevilən klassiklərin
Qəzza zolağında davam edən ərzaq böhranı insan tələfatına səbəb olma
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasın
Meyxana ustası Namiq Qaraçuxurlu şəxsi həyatından nadir paylaşım edib.
Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Az
1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla
"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğç
Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadis
Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırı
Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan
ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsraillə H
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmən
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublika
Zəngəzur yolunun inşası Vətən müharibəsindən bir qədər sonra başlay
Avqust ayının dolunayı illik Perseid meteor axınının gəlişi ilə üst-ü
