Prezident Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Sərəncam imzalayıb
Siyasət 11 Avq 2025 11:23:00 244 0
Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: "1 il 8 aydırki ErmənistanAzərbaycan sərhədində əsgər həlak olmayıb"
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2,0 (iki) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
"Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir.
Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə", 2008-ci il 22 may tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2022-ci il 14 yanvar tarixli "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi" əsasında inkişaf edir", - Sərəncamda qeyd edilir.
İsveçrə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan raz
Bakı Metropoliteni avqustun 12-də "Qarabağ" Futbol Klubunun UEFA Ç
Yollarda təhlükə yaradan "Kamaz" sürücüsü inzibati qaydada həb
Yunanıstan Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları
Balıkesir vilayətinin Sındırgı rayonunda yerli vaxtla saat 08:21-də 3,6 ba
08.08.2025-ci il tarixində Bakı Metropoliteninin "20 Yanvar" stansiy
Dünya, bəlkə də, Ukraynada müharibə başlayandan bəri ən önəmli diplom
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın p
Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsin
Balıkəsirin Sındırgı rayonunda dünən baş verən 6,1 bal gücündə zəlz
Bolqarıstan Ermənistan və Azərbaycan arasında imzalanmış əlamətdar sazi
Astroloqların proqnozlarına görə, 2025-ci ilin avqust ayı bəzi bürclər
Həm Azərbaycan, həm qardaş Türkiyənin ərazisi seysmik baxımdan aktiv bö
Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da baş verən 6,1 bal gücünd
Xəbər verdiyimiz kimi, Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da saat
