Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Siyasət 11 Avq 2025 15:16:00 54 0
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Bu xəbəri də oxu: Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİnin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Prezident Donald Trampın şahidliyi ilə Amerika Birləşmiş Ştatlarında Azərbaycanın mühüm rolu olan sülh sazişi ilə bağlı Birgə Bəyannamənin imzalanması münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə ən səmimi təbriklərimizi çatdırırıq.
Bu tarixi nailiyyət təkcə diplomatiyanın və dövlətçiliyin təntənəsi deyil, həm də təfəkkürün bölücülük üzərində qələbə çalmasının sübutudur.
Bu, Qafqaz regionunda davamlı sülhün təmin edilməsi istiqamətində həlledici addımdır və bölgənin bütün xalqları üçün sabitliyin, firavanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında tarixi hadisə kimi yadda qalacaqdır. Biz, həmçinin bu sülhün ailələrin, uşaqların və icmaların hələ də əziyyət çəkdikləri hər bir məkana çatacağına inanırıq.
Biz Zati-alinizin xalqlar arasında anlaşmanın və konstruktiv dialoqun möhkəmləndirilməsi istiqamətində uzaqgörənlik, daimi fədakarlıq və sarsılmaz sadiqlik nümayiş etdirərək bu prosesin uğurla nəticələnməsinə şəxsi və həlledici töhfəsini xüsusi vurğulayırıq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın qlobal sülh səylərində etibarlı və hörmətli tərəfdaş kimi artan roluna şahidlik etməkdən qürur duyur və ortaq dəyərlərimizin prinsiplərinə uyğun olaraq, xalqlar, mədəniyyətlər arasında körpülər quran təşəbbüsləri dəstəkləməyə hazırdır.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
Zlatko Laqumciya 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Çaba Koroşi BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri
Mladen İvaniç 2014-2015, 2016-2017-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
Volkan Bozkır BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri
Vuk Yeremiç BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri
Amina Qurib-Fakim 2015-2018-ci illərdə Mavrikinin Prezidenti
Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Suzan Elliot Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru
Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti
Dimitris Avramopulos 2014-2019-cu illərdə miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə Avropa komissarı
İv Leterme 2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri".
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşk

Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadi

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

"lnstagram"da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə c

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Co

ABŞ-nin sahil zonasında nəhəng sunami ilə müşayiət olunan doqquz bal gü

Müğənni Özcan Deniz və ailəsi arasındakı mübahisələr bitmək bilmir.

2025-ci ilin yanvar-iyul ayları ərzində Sverdlovsk vilayətindən minə yaxı

2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq qələbə ilə başlaya

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nis

Vladimir Fekete "Dostluq" ordeni ilə təltif edilib.

Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
