İlham Əliyev Qətər Əmirinə zəng edib
Siyasət 11 Avq 2025 19:50:00 64 0
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə zəng edib.
Bu xəbəri də oxu: İsveçrə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı sülh yolunda mühüm addım kimi qiymətləndirir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı bir müddət əvvəl Azərbaycan, Türkiyə, Qətər və Suriyanın birgə əməkdaşlığı nəticəsində Azərbaycan qazının Suriyaya çatdırılması layihəsinin önəmi vurğulanıb, bunun həyata keçirilməsində Qətərin maliyyə dəstəyi xüsusilə qeyd edilib.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.
Bu nailiyyətlərin əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə verdiyi dəstəyə görə Qətər Əmirinə təşəkkürünü bildirib.
Şeyx Təmim bin Həməd Əl Tani sülh gündəliyinin irəli aparılmasında göstərdiyi liderlik və əldə olunmuş tarixi nəticələr ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti Qətər Əmirini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i g

Rusiyada "WhatsApp" messencerinin bloklanmasına başlanılıb.

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti

Gazelli Art House Baku böyük məmnuniyyətlə sizi "Məskunlaşmış fər

İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Ag

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyəti

Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missi

İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına raz

"Qarabağ"-"Şkendiya" oyunu ilə əlaqədar stadionun qarş

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün

Günəş sistemimizin ən uzaq nöqtələrində, kəşf edilməyi gözləyən n

Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi böl

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin həftəsonunadək

25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imt
