Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb
Siyasət 16 Avq 2025 10:01:00 230 0
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu yaxınlarda əldə edilmiş razılaşma münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sülhü nifaqdan üstün tutmaq cəsarəti təqdirəlayiqdir və bu, Sizin regionun firavanlığına və sabitliyinə olan sadiqliyinizi yüksək səviyyədə nümayiş etdirir. Bu əhəmiyyətli hadisə təkcə münasibətlərin normallaşması istiqamətində mühüm addım deyil, həm də dünyada sülhə zəmin yaradan daha sabit və harmoniyanın mövcud olduğu region vəd edir.
Çətinliklərə baxmayaraq, dialoqa və diplomatiyaya sadiqliyiniz qətiyyətli liderliyinizin göstəricisidir. İmzalanmış bəyannamə hər iki ölkənin vətəndaşlarına ümid verməklə yanaşı, qlobal miqyasda münaqişələrin həlli üçün müsbət nümunədir. Bu sənəd Azərbaycan və Ermənistan vətəndaşlarının rifahına təsir edən mühüm məsələlərin həllində səmərəli əməkdaşlığa gətirib çıxara bilər.
Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə tərəfdaşlığın gücləndirilməsi Azərbaycanın qlobal səhiyyədə liderlik rolunu artıra bilər. Yoluxucu və qeyri-infeksion xəstəliklərin müalicəsi, ana və uşaq sağlamlığının yaxşılaşdırılması kimi ümumi sağlamlıq məsələlərinə yönələn birgə səylər təkcə Azərbaycan üçün deyil, həm də daha geniş beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər.
Bu əlamətdar nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm. Sülh və sabitliyə doğru gedən yolda Sizə davamlı uğurlar arzulayıram. Qlobal sağlamlığın qorunması istiqamətində Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Yay mövsümünün sonu üç bürc üçün uzun zamandır gözlənilən bir raha
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Aly
Qloballaşan iqtisadiyyatın təməli - malların, məlumatın və kapitalın fa
Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mə
Kaliforniyanın Stenford Universitetinin alimləri iflic olmuş insanların dü
2025-ci ilin avqust ayının sonu bəzi bürclər üçün maliyyə baxımından
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünd
ABŞ-nin İndiana ştatında Fort Ueyn sakini Aleks Babiç tərəfindən yetişd
Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu həyat yoldaşı və həmkarı
Britaniyada aparılan yeni araşdırma diş sağlamlığı sahəsində inqilabi
Sanford Burnham Prebys Tədqiqat Mərkəzinin alimləri müəyyən ediblər ki,
Nankin Tibb Universitetinin alimləri bağırsaqda Odoribacter bakteriyalarını
Rəsmi statistika göstərir ki, evli kişilərin təxminən 68 faizi təklikdə
Qadın sağlamlığı ilə bağlı kritik əlamətlər açıqlanıb
