İlham Əliyev İndoneziya Respublikasının Prezidentini təbrik edib
Siyasət 17 Avq 2025 11:16:00 226 0
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Paşinyan Azərbaycana bu marşrutu təklif etdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
İndoneziya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Azərbaycan-İndoneziya münasibətlərinin son dövrlərdə inkişaf dinamikası, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Ölkələrimizin Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və digər beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.
Biz Azərbaycan ilə İndoneziya arasında sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Hazırda siyasi, iqtisadi, mədəni, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar formalaşmışdır. Hesab edirəm ki, mövcud imkanlardan bəhrələnərək ikitərəfli fəaliyyət gündəliyimizin genişlənməsinə nail ola bilərik.
İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Qazaxıstan bu il ilk dəfə hazırlanmış meteoroloji raketin uçuş sınaqlar
Payız dəyişikliklərin və yenilənmələrin fəsilidir. 2025-ci ilin payız
Yumşaq, ətirli və şokoladlı... Bu keks, xüsusilə səhər çaylarının v
Yeni dərs ili yaxınlaşır və həm valideynlər, həm də şagirdlər üçün
Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya Kralı III Çar
Ağ Ev rəhbəri Donald Tramp Volodimir Zelenski və Avropa liderləri ilə təm
İranın xarici işlər naziri Seyid Abbas Arakçı İran Prezidenti Məsud Peze
2025-ci ilin payızı astroloji baxımdan dinamik, dəyişikliklərlə dolu və
Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasında istifadəyə ve
Bəzi bürclərin ilin sonuna qədər maddi baxımdan şansı açılır. Ulduzla
Estoniya təqaüdçülər üçün dünyanın ən yaxşı ölkəsi kimi tanınır
Erojen zonalar adətən dərinin daha nazik və sinir uclarının daha çox oldu
Son illərdə yeniyetmələr arasında abort etdirənlərin sayı artmaqda davam
Yay aylarında ən çox arzu edilən dadlı şirniyyat, əlbəttə ki, bir neç
