Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 19 Avq 2025 19:34:00 236 0
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradan və bölgəmizdə tarixi bir səhifə açan Birgə Bəyannamənin imzalanması münasibətilə Zati-alinizi ən səmimi hisslərlə təbrik edirəm.
Bu tarixi hadisə Azərbaycanın strateji mövqeyi və güclü liderliyinin, eyni zamanda Qarabağda qazanılan tarixi Zəfərdən regional sülhə, əməkdaşlığa və inkişafa keçidin konkret təzahürüdür.
Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq, ticarət əlaqələrini gücləndirəcək və xalqlarımız arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malik bir layihədir.
Zati-alinizin müdrik liderliyi ilə Azərbaycanın bundan sonra da regional sabitliyin və Türk dünyasının birliyinin təmin olunmasında qabaqcıl rol oynayacağına qəti şəkildə inanıram.
Fürsətdən istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının "Bir millət, iki dövlət" prinsipi ilə daha da möhkəmlənəcəyinə, ölkələrimizin ortaq hədəflərin reallaşması üçün bundan sonra da çoxlu tarixi uğurlara imza atacağına əminliyimi ifadə edirəm.
Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı tərəqqi arzulayır, ən dərin ehtiramımı ifadə edirəm".
Yardımlı rayonunun Anzov kənd sakini, şəhid Seymur Bəbirovun atası Bədir
Yaxın günlərdə Çin ulduz falının 5 bürcünün nümayəndələri inanılm
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüş
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind
2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsind
Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladında
Ağ Evin sözçüsü Karolin Leavit özünün "X" hesabında Azərbayc
Bakıda liposaksiya prosesini icra edən şəxsin peşə fəaliyyətinə zidd ol
Dünya və beynəlxalq yarışların dəfələrlə qalibi, Azərbaycan Rəqs İt
Mingəçevirdə fəaliyyət göstərən "Mərkəzi Bazar"da oğurluq h
Rusiyanın Çelyabinsk bölgəsində yaşayan Azərbaycan icmasının rəhbəri
Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənk
