ABŞ hərbi dəstəyi minimal saxlayır Avropa özü Ukraynanın müdafiəsini götürür


Dünya 22 Avq 2025 11:48:00 69 0

ABŞ hərbi dəstəyi minimal saxlayır  Avropa özü Ukraynanın müdafiəsini götürür

ABŞ və bir sıra Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri Ukraynanın təhlükəsizliyinin təminatı məqsədilə mümkün hərbi tədbirlərlə bağlı variantları milli təhlükəsizlik üzrə məsləhətçilərə təqdim ediblər.

Bu xəbəri də oxu: "Sən, yaxşı qaralmısan?"

Son.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Pentaqonun açıqlamasına görə, ABŞ və Avropanın hərbi planlaşdırma üzrə mütəxəssisləri tərəfindən hazırlanan variantlar hazırda müttəfiq ölkələrin milli təhlükəsizlik məsləhətçiləri tərəfindən nəzərdən keçirilir.

ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynanın müdafiə qurumlarının rəhbərləri bu həftə çərşənbə axşamından cümə axşamına qədər Vaşinqtonda bir sıra görüşlər keçiriblər. Məsələyə yaxın mənbənin bildirdiyinə görə, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Avropa rəsmiləri ilə telekonfrans formatında görüşərək hazırlanan variantları müzakirə edib.

Məlumata əsasən, Rubio Böyük Britaniyanın milli təhlükəsizlik üzrə məsləhətçisi Conatan Pauell, Avropa Komissiyası prezidentinin aparat rəhbəri Björn Zaybert, NATO baş katibinin aparat rəhbəri Ceffri van Leuven və Almaniya, Fransa, İtaliya, Finlandiya kimi ölkələrin təhlükəsizlik nümayəndələri ilə danışıqlar aparıb.

"Reuters" mənbələrinin verdiyi məlumata görə, hazırda planın yekun detallar üzərində iş aparılır. Lakin ilkin mərhələdə razılaşdırılıb ki, Ukraynanın təhlükəsizliyinin təmin olunmasında əsas yük Avropa ölkələrinin üzərinə düşəcək.

Agentliyin digər mənbəsinin bildirdiyinə görə, planlaşdırma prosesi davam edir və Vaşinqton hələ də bu prosesdəki rolunun miqyasını dəqiqləşdirir.

Variantlardan biri kimi Avropa qoşunlarının Ukraynaya göndərilməsi və onların idarə olunmasının ABŞ tərəfindən həyata keçirilməsi nəzərdən keçirilir. Eyni zamanda ABŞ-ın hava dəstəyi müxtəlif formalarda təmin oluna bilər - Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi və ya ABŞ qırıcıları vasitəsilə uçuşsuz zonanın yaradılması da bu imkanlar sırasındadır.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens daha əvvəl açıqlamasında, Ukraynanın təhlükəsizlik təminatına çəkilən əsas maliyyə yükünün Avropa ölkələrinin üzərinə düşməli olduğunu bəyan etmişdi.

Bundan əlavə, mediada yayılan məlumatlara görə, ABŞ bu prosesdə yalnız "minimal" rol oynamağı planlaşdırır.

Kənan Son.az

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir like
  • 22 Avq 11:35  
Digərləri Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir

Unibank müştərilərinə sərfəli fürsət təqdim edir. Avqustun 22 və 23-d

arrow Ətraflı
Türkiyədə qəfil ölən bəstəkarın məzarından VİDEO yayıldı like
  • 22 Avq 11:30  
Şou-biznes Türkiyədə qəfil ölən bəstəkarın məzarından VİDEO yayıldı

Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəf

arrow Ətraflı
Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb?  QİYMƏTLƏR like
  • 22 Avq 11:18  
Digərləri Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb? QİYMƏTLƏR

"Kirayə bazarında mənzil satış bazarında olduğu kimi artım müşahi

arrow Ətraflı
Abşeronda boya istehsalı zavodu yanır like
  • 22 Avq 11:12  
Digərləri Abşeronda boya istehsalı zavodu yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşer

arrow Ətraflı
Tatlısesin qızı ərindən boşanır? like
  • 22 Avq 11:04  
Şou-biznes Tatlısesin qızı ərindən boşanır?

Dilan Çıtak və Levent Dörter haqqında boşanma iddiaları yenidən gündəm

arrow Ətraflı
Vladimir Putin Birinci vitseprezident Mehriban Əliyevanı təbrik edib like
  • 22 Avq 11:00  
Siyasət Vladimir Putin Birinci vitseprezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-pre

arrow Ətraflı
Rauf İbrahimovun oğlu faciəli şəkildə öldü like
  • 22 Avq 10:55  
Digərləri Rauf İbrahimovun oğlu faciəli şəkildə öldü

Azərbaycan Kempo Federasiyasının prezidentinin oğlu vəfat edib.

arrow Ətraflı
Azərbaycanda Xalq artisti 2 dəfə insult keçirdi, qolu sındı like
  • 22 Avq 10:32  
Şou-biznes Azərbaycanda Xalq artisti 2 dəfə insult keçirdi, qolu sındı

Əməkdar artist Kübra Əliyeva Xalq artisti Fatma Mahmudovanın görüntülər

arrow Ətraflı
Laçına köçürülən sakinlərin sayı açıqlanıb like
  • 22 Avq 10:29  
Digərləri Laçına köçürülən sakinlərin sayı açıqlanıb

İşğaldan azad olunandan sonra Laçına 936 ailə, ümumilikdə 3516 nəfər k

arrow Ətraflı
Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfrans keçirilir  FOTO like
  • 22 Avq 10:04  
Digərləri Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfrans keçirilir FOTO

Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən "

arrow Ətraflı
Güclü külək nə vaxta kimi davam edəcək? like
  • 22 Avq 09:58  
Digərləri Güclü külək nə vaxta kimi davam edəcək?

Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron

arrow Ətraflı
Prezidentin Türkmənistan Xalq Məsləhətinin sədri ilə geniş tərkibdə görüşü olub  FOTO like
  • 22 Avq 09:54  
Siyasət Prezidentin Türkmənistan Xalq Məsləhətinin sədri ilə geniş tərkibdə görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərində Az

arrow Ətraflı