Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıblar
Siyasət 25 Avq 2025 14:39:00 80 0
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıblar.
Bu xəbəri də oxu: Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik edib
Son.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından səmimi təbriklərimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.
Sizin Azərbaycanın mədəni, humanitar və sosial inkişafına qəti sadiqliyiniz uzun müddətdir ki, təkcə xalqınızı deyil, həm də beynəlxalq ictimaiyyəti ruhlandırıb. Mədəniyyətlərarası dialoqun, təhsilin inkişafını, mədəni irsin qorunub saxlanılmasını təbliğ etməklə Siz qlobal tərəqqinin mərkəzində dayanan mərhəmət, ləyaqət və birlik dəyərlərini yüksəltməyə davam edirsiniz.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Zati-alinizin və cənab Prezident İlham Əliyevin sivilizasiyalararası qarşılıqlı anlaşmanın təşviqində davamlı dəstəyinizi və uzaqgörənliyinizi dərindən qiymətləndirir. Müdrikliyin və humanizmin əbədi simvolu olan Nizami Gəncəvinin irsinə sadiqliyiniz sülhün, dialoqun və sərhədlər boyu əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizin təməl daşı olaraq qalır.
Sizin üçün bu əlamətdar gündə misilsiz töhfələrinizə görə Zati-alinizə dərin minnətdarlığımızı bildirir və möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzulayırıq.
Ən yüksək ehtiramımızla,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:
Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti Mariya Fernanda Espinoza BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri Tarya Halonen 2000-2012-ci illərdə Finlandiyanın Prezidenti Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İv Leterme 2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi Zlatko Laqumciya 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Tzipi Livni 2006-2009-cu illərdə İsrailin xarici işlər naziri Jan Baderşneyder "Fortescue Ltd" şirkətinin Direktorlar Şurasının üzvü, "ExxonMobil" şirkətinin sabiq vitse-prezidenti Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini David Pan Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı Suzan Elliot Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru".
İranın Ali Rəhbəri Əli Xamenei ABŞ ilə danışıqlar məsələsinin həll

Rusiyanın Kuril adaları sahilində 6.3 bal gücündə zəlzələ olub.

Ermənistan ilk dəfə olaraq, beynəlxalq hadisələrə uyğunlaşmağa başlay

Avqustun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində

Britaniyanın Nyuport şəhərində 13 il əvvəl bağında 100 illik cökə ağ

Ermənistansın Cənubi Zəngəzur (Sünik) vilayətinin Qafan şəhərində, za

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskadakı sammitdən əvvəl A

2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 103.3

"CityNet TV" izləyicilərinə təqdim etdiyi məzmun çeşidini daha

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təy

Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqs

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirm
