Kamaləddin Qafarov: “Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək”


Siyasət 26 Avq 2025 10:30:00 49 0

Kamaləddin Qafarov: “Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək”

"Öz coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edən Laçın rayonunun 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Məhz bu işğaldan sonra Ermənistanla keçmiş qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" arasında coğrafi əlaqə yaradıldı və bu vəziyyət daha çox Azərbaycan ərazilərinin  zəbt olunmasına zəmin yaratdı".

Son.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, işğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300 nəfərdən artıq hərbi və mülki şəxs həlak olub, yaxud  itkin düşüb.

"Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti işğal dövründə Laçına Yaxın Şərqdən köçürdükləri erməniləri bu ərazilərdən qovulmuş azərbaycanlıların evlərində yerləşdirməklə qanunsuz məskunlaşma aparmış və bununla daha bir hərbi cinayətə imza atmışdı. Vətən müharibəsindən sonra azad edilmiş ərazilərə gələn hər kəs erməni vandalizminin təzahürlərinin şahidi oldu. Lakin Azərbaycan bu zülmü yerdə qoymadı. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində tarixi ədalət bərpa edildi. Dövlətimiz öz ərazilərini azad etmək üçün ədalətli müharibə apardı, öz torpaqlarında savaşdı və qalib gəldi. Şanlı ordumuz 44 gün ərzində ancaq irəli gedərək tarixi Qələbəni əldə etdi və öz gücünü bütün dünyaya göstərdi. Bu şanlı Zəfər nəticəsində 2020-ci ilin dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Azərbaycan öz möhtəşəm qələbəsini həm hərbi, həm də siyasi müstəvidə təmin etdi".

Fikirlərini davam etdirən K.Qafarov daha sonra tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə dövlət tərəfindən görülən tədbirlərin önəmini vurğulayıb:

"Beşinci ildir ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçın da düşmən tapdağından qurtulmuş, özünün əsil sahiblərinə qovuşmuşdur. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlıların 31 ildən sonra öz doğma yurdlarına qayıdaraq yenidən burada yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Tarixi dəyişdirmək cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri saxtalaşdırma üsullardan olub. Belə hallara gələcəkdə yol verilməməsi üçün Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır. Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti  İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Həmçinin dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub.  İşğaldan azad edilmiş bütün şəhərlərimizdə olduğu kimi, Laçın şəhərində də İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır. Bütün bu tədbirlər bundan sonra erməni yalanlarının bir daha heç zaman tarixi faktları təhrif edə bilməyəcəyinə ən möhkəm zəmanətdir".

Bağı sulayırdı, canından oldu like
  • 26 Avq 10:28  
Digərləri Bağı sulayırdı, canından oldu

Hacıqabulda kişi bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
DYPdən XƏBƏRDARLIQ like
  • 26 Avq 10:21  
Digərləri DYPdən XƏBƏRDARLIQ

Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilakti

arrow Ətraflı
Tramp bu Departamentinin adını dəyişəcək like
  • 26 Avq 10:15  
Dünya Tramp bu Departamentinin adını dəyişəcək

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Depart

arrow Ətraflı
"Deyilən qədər eybəcər DEYİLİK" like
  • 26 Avq 10:05  
Şou-biznes "Deyilən qədər eybəcər DEYİLİK"

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları arxiv görüntülərini ya

arrow Ətraflı
Türkiyədə nazir sürət həddini aşdı  Bu qədər cərimələndi like
  • 26 Avq 10:02  
Digərləri Türkiyədə nazir sürət həddini aşdı Bu qədər cərimələndi

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Ni

arrow Ətraflı
Mirzoyan Azərbaycanla paraflanmış sülh sazişindən DANIŞDI like
  • 26 Avq 09:57  
Digərləri Mirzoyan Azərbaycanla paraflanmış sülh sazişindən DANIŞDI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Azərbaycan

arrow Ətraflı
Bu ərazidə 4 saat like
  • 26 Avq 09:49  
Digərləri Bu ərazidə 4 saat

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra əraz

arrow Ətraflı
Pulu özünə "maqnit kimi" cəlb edəcək BÜRCLƏR like
  • 26 Avq 09:39  
Digərləri Pulu özünə "maqnit kimi" cəlb edəcək BÜRCLƏR

Bəzi bürclərin həyatında yaxın günlərdə maliyyə baxımından böyük d

arrow Ətraflı
"Hyundai" AŞDI like
  • 26 Avq 09:38  
Digərləri "Hyundai" AŞDI

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qonşu ölkədə dollar rekord həddə like
  • 26 Avq 09:31  
Dünya Qonşu ölkədə dollar rekord həddə

İranda dollar rekord həddə bahalaşıb və 95 min tüməni ötüb.

arrow Ətraflı
"Gənclərin biznes emalatxanası" layihəsi uğurla davam edir  FOTO like
  • 26 Avq 09:30  
Digərləri "Gənclərin biznes emalatxanası" layihəsi uğurla davam edir FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin So

arrow Ətraflı
Azərbaycanda bu valyutalar like
  • 26 Avq 09:23  
Digərləri Azərbaycanda bu valyutalar

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
“Dənizə paltarla girdim ki, "vedrə bağlamayasınız”" like
  • 26 Avq 09:15  
Şou-biznes “Dənizə paltarla girdim ki, "vedrə bağlamayasınız”"

Müğənni Afət Fərmanqızı yay tətilindən maraqlı görüntülərini izlə

arrow Ətraflı
Bakının bu əraziləri qazsız qalacaq like
  • 26 Avq 09:06  
Digərləri Bakının bu əraziləri qazsız qalacaq

Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəki

arrow Ətraflı
DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı like
  • 26 Avq 08:58  
Kriminal DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı

Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin - biri

arrow Ətraflı