Bakıda kürəkən DƏHŞƏTİ: arvadının ailəsini qırdı


Kriminal 26 Avq 2025 12:57:00 72 0

Bakıda kürəkən DƏHŞƏTİ: arvadının ailəsini qırdı

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il noyabrın 29-da Bakıda 3 nəfər qətlə yetirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerinə yollanması zamanı məlum olur ki, cinayət Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsində yerləşən fərdi evdə baş verib. Həyətdə ev sahibi Elburus Muradovun meyiti aşkar edilib. Evin yataq otağında yerdə ağır xəsarətlər almış Şahirə Muradova və oğlu Rahil Muradov aşkar ediliblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadası onları xəstəxanaya aparıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizaların rəylərinə görə, 1939-cu il təvəllüdlü Elburus Muradovun, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və 1971-ci il təvəllüdlü Rahil Muradovun ölümlərinə beyin toxumalarına geniş qansızmalar səbəb olub.

Dəhşətli qətllə əlaqədar cinayətin baş verdiyi küçədəki təhlükəsizlik kamerasına saat 18-21 radələrində, yəni hadisənin baş verdiyi ehtimal edilən vaxt intervalında baxış keçirilib. Nəticədə əynində hərbi buşlatlı, başında üzünü gizlətmək üçün istifadə etdiyi papaq, çiynində çanta olan naməlum şəxsin Elburus Muradovun evi istiqamətində hərəkət etməsi, müşahidə kameralarını görəndə ya əli ilə, yaxud başındakı papağı aşağı çəkməklə üzünü gizlətməsi, qarşılaşdığı iki nəfərin həmin şəxsin hərəkətlərindən şübhələnərək, çevrilib onun arxasınca baxmaları əks olunub.

Məlum olub ki, sözügedən ağır cinayətdən 20 gün əvvəl, yəni noyabrın 9-da naməlum şəxs və ya şəxslər Elburus Muradovun evinə daxil olaraq, oğurluq ediblər. Bununla əlaqədar zərərçəkən ərizə ilə 2-ci Polis Şöbəsinə müraciət edib. Amma cinayət bağlı qalıb. İstintaq-əməliyyat qrupu ehtimal edib ki, hər iki hadisəni törədən şəxs və ya şəxslər eyni adamlardır.

Dekabrın 1-də 2-ci PŞ-nə dəvət olunan 1976-cı il təvəllüdlü Nofəl Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Vətəndaş Kənan Ağayev ona təqdim edilən şəxslərin arasında Nofəl Səfərovu tanıyaraq, noyabrın 29-da Buzovna qəsəbəsində, dostu Musa Soltanovla birlikdə onu gördüklərini, həmin şəxsin əli ilə üzünü gizlətməyə çalışdığını bildirib.

Lent.az amansızlıqla törədilən qətl hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, noyabrın 29-da Nofəl Səfərov ədavətli münasibətlərdə olduğu keçmiş qaynanası, eyni zamanda xalası Şahirə Muradovaya məxsus qızıl-zinət məmulatları va pul vəsaitini ələ keçirmək istəyib. Bunun üçün bıçaq, taxta dəyənək və bir cüt əlcəyi çantaya qoyaraq, sifariş etdiyi taksi ilə Buzovna qəsəbəsinə gedib. Üzünü gizlətməkdən ötrü qara rəngli idman papağında bıçaqla göz yerləri açıb və onu başına qoyub. Magistral yolun kənarında, "Kia Rio" markalı avtomobildən düşüb əlcəkləri geyinib. Xalasının evinə çataraq, darvazanı döyüb. Papağı aşağı çəkib. Qapını açan keçmiş qayınatası Elburus Muradovun başına əlindəki taxta dəyənəklə və bıçaqla zərbələr vurub.

Bundan sonra evə daxil olaraq, işıq yanmayan yataq otağında, yerdə uzanıqlı, köməksiz vəziyyətdə olan Şahirə Muradovanın, həmçinin onun ruhi xəstəlikdən əziyyət çəkən oğlu Rahil Muradovun başlarına müstəsna dərəcədə qəddarlıqla əlindəki alətlərlə çoxsaylı xəsarətlər yetirib. Evi tərk edərkən, qapını açıb həyətə daxil olan 1997-ci il təvəllüdlü Elburus Ağalarova da dəyənəklə, həmçinin bıçaqla zərbələr endirərək hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində Elburus Muradov hadisə yerində, Sabunçu Tibbi Mərkəzinə yerləşdirilmiş Rahil Muradov həmin gün, Şahirə Muradova isə dekabrın 1-də dünyalarını dəyişiblər.

İş üzrə dindirilmiş Nofəl Səfərov bildirib ki, Füzuli rayonu. Qərbənd kəndində qeydiyyatda olmaqla Bakı şəhərində, Suraxanı rayonunun Hövsan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. İcarə əsasında işlətdiyi dükanda, qəssablıq fəaliyyəti ilə məşğul olub:

"1998-ci ildə xalam qızı Təranə Muradova ilə ailə həyatı qurmuşuq, nikahdan 3 oğlum dünyaya gəlib. Həyat yoldaşım orta məktəbdə müəllimə işləyir. Evləndikdən 4-5 il sonra ailədaxili problemlər yaranıb. Buna xalam Şahirənin daim məni təhqir etməsi səbəb olmuşdu.  Buna görə xalamı döymüşəm.  Qadın məndən polisə şikayət edib və nəticədə məhkəmənin hökmü ilə 1 il şərti cəza almışam. Arvadım anasının təzyiqi ilə məndən boşandı. 4-5 aydan sonra yoldaşımla barışıb birlikdə yaşamağa davam etsək də, onun valideynlərini danışdırmırdım.

Türkiyədə atışma  Ölənlər və yaralananlar var like
  • 26 Avq 12:46  
Digərləri Türkiyədə atışma Ölənlər və yaralananlar var

Diyarbəkirin Yenişehir rayonunda iki qrup arasında atışma baş verib.

arrow Ətraflı
“TikTok” yüzlərlə əməkdaşını like
  • 26 Avq 12:25  
Digərləri “TikTok” yüzlərlə əməkdaşını

"TikTok" süni intellektə (AI) daha çox sərmayə yatıraraq məzmun

arrow Ətraflı
Qızıl tabutla basdırdılar like
  • 26 Avq 12:21  
Digərləri Qızıl tabutla basdırdılar

Ailəsi və İngiltərədəki qaraçı icmasının "kral"ı kimi tanı

arrow Ətraflı
“Onu hamıdan yaxşı tanıyıram”  Tramp like
  • 26 Avq 12:16  
Dünya “Onu hamıdan yaxşı tanıyıram” Tramp

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə münasibətl

arrow Ətraflı
Sabah yağış yağacaq, şimalqərb küləyi əsəcək like
  • 26 Avq 12:15  
Digərləri Sabah yağış yağacaq, şimalqərb küləyi əsəcək

Azərbaycanda avqustun 27-də bəzi yerlərdə yağış yağacağı gözlənilir

arrow Ətraflı
Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olub  FOTO like
  • 26 Avq 12:09  
Digərləri Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olub FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov MDB-

arrow Ətraflı
4 aylıq hamilə aktrisanın TOYU OLDU like
  • 26 Avq 12:05  
Şou-biznes 4 aylıq hamilə aktrisanın TOYU OLDU

Türkiyəli məşhur aktrisa Bestemsu Özdemir toyu baş tutub.

arrow Ətraflı
“Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi” like
  • 26 Avq 11:53  
Kriminal “Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi”

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə ana ilə oğlu - Nazlı Paşayev

arrow Ətraflı
Qayğı, şəfqət və mehribanlıq ürəklərdə sonsuz sevgi, rəğbət və inam yaradır like
  • 26 Avq 11:52  
Siyasət Qayğı, şəfqət və mehribanlıq ürəklərdə sonsuz sevgi, rəğbət və inam yaradır

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplara aid

arrow Ətraflı
"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı cinayət işi başlanıldı like
  • 26 Avq 11:24  
Digərləri "Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı cinayət işi başlanıldı

"Sədərək" Ticarət Mərkəzi ərazisində yanğın hadisəsi ilə b

arrow Ətraflı
On minlərlə tələbə Bakıya gəlir  Metroda hərəkət qrafiki dəyişəcək? like
  • 26 Avq 11:15  
Digərləri On minlərlə tələbə Bakıya gəlir Metroda hərəkət qrafiki dəyişəcək?

Artıq yay tətilinin bitməsinə sayılı günlər qalır. Tətilin bitməsi h

arrow Ətraflı
Azərbaycanda ailənin üçüncü uşaq itkisi  11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı like
  • 26 Avq 11:11  
Digərləri Azərbaycanda ailənin üçüncü uşaq itkisi 11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı

Xəbər verdiyimiz kimi, ötən gün Şəkinin Cumakənd kəndində 11 yaşlı R

arrow Ətraflı
3 il əzab çəkmədi, sürünəsürünə yaşadı!  Sonda gerçək ortaya çıxdı! like
  • 26 Avq 11:06  
Digərləri 3 il əzab çəkmədi, sürünəsürünə yaşadı! Sonda gerçək ortaya çıxdı!

Ankarada yaşayan 51 yaşlı Mövlude Yıldızeli adlı qadın 2022-ci ildə qə

arrow Ətraflı
Zəmanət verilməyən malı necə qaytarmaq olar? like
  • 26 Avq 10:54  
Digərləri Zəmanət verilməyən malı necə qaytarmaq olar?

Hər hansı bir məhsulu alarkən diqqət yetirdiyimiz əsas məqam onun yararl

arrow Ətraflı
Payız ərəfəsində bəxti gətirəcək BÜRCLƏR  Sevgi tapacaqlar like
  • 26 Avq 10:43  
Digərləri Payız ərəfəsində bəxti gətirəcək BÜRCLƏR Sevgi tapacaqlar

Avqustun 25-dən etibarən ulduzlar bəzi bürclərin həyatına sevgi, harmoniy

arrow Ətraflı