"Zəfər və Azərbaycanın təşəbbüskarı olduğu sülh ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi"
Siyasət 26 Avq 2025 15:34:00 70 0
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.
Bu xəbəri də oxu: Nazirlər Kabinetində İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilib
Son.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir Əli Əsədov deyib.
"Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfəri ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açır", - o qeyd edib.
Baş nazir bildirib ki, Prezident İlham Əliyevin dünyanın ən qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ evdə Prezident Donald Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir:
" Səfər çərçivəsində imzalanmış tarixi sənədlər bir tərəfdən Azərbaycan-Amerika münasibətlərinin yeni inkişaf mərhələsinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, digər tərəfdən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin təməlini qoymaqla Azərbaycan və region üçün son dərəcə taleyüklü məsələlərin həllinə xidmət edir".
"8 noyabrdan sonra 8 avqustda növbəti tarixi hadisəyə bütün dünya və biz şahidlik etdik: "Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust tarixi ölkəmizin uzun, çətin, amma şərəfli bir yol keçərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasının hədəflərinə nail olması ilə əlamətdar oldu.
Bu nailiyyətlər Azərbaycan Prezidentinin güclü liderliyinin, yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin və prinsipiallığının, parlaq diplomatik məharətinin, böyük uzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir. Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütün torpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təmin edilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır.
Postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlı sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet kimi irəli sürür. Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.
ABŞ-də yaşayan aparıcı Günel Musəvi həyat yoldaşı ilə görrüntüsün

5-7 sentyabr tarixlərində Bakıda ilin ən gözlənilən rəqs hadisələrind

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yeni görüntüləri ilə gündəmə g

Bakıda kişi yaşadığı evdə ölü halda tapılıb.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat

Rusiyalı politoloq Sergey Markov ölkəni tərk etməyi düşünmədiyini açı

Aparıcı Zaur Baxşəliyev ailəsində sevincli anları izləyiciləri bölüş

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin siyasi ifadə azadlığı ilə b

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən, 2025/2026-c

"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin

Hər bir xalqın tarixində, onun tarixinin öyrənilməsində, keçmişinə

Pakistanda son 10 gündə leysan yağışlar və daşqınlar nəticəsində 400-

Quba rayonunun Qalayxudat kəndi ərazisində 40 həftəlik hamilənin doğuş p

Rəqqasə Rəna Ağamuradova (Renka) da məşhur trendə qoşulmaq istəyib.

Dişlərdəki sarı ləkələr müxtəlif səbəblərdən ortaya çıxa bilər v
