İlham Əliyev Malayziyanın Kralına təbrik məktubu ünvanlayıb
Siyasət 31 Avq 2025 11:04:00 240 0
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: "1 il 8 aydırki ErmənistanAzərbaycan sərhədində əsgər həlak olmayıb"
Son.az xəbər verir ki, məktubda deyilir:
"Malayziyanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq diləyirəm".
Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsi
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zat
Sinqapur hakimiyyəti veyplərlə (elektron qəlyan) bağlı qanunvericiliyi kə
Bürclərin xarakter xüsusiyyətləri hər zaman maraq doğurub. Astrologiyaya
Avropa Şurasının 53 yaşlı baş katibi Alen Berset xəstəxanaya yerləşdir
Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilmə
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Türkiyədə ev sahibi 70 yaşlı kirayəşinini öldürüb.
"20 il... 2005-ci il avqustun 29-u İctimai Televiziya fəaliyyətə başla
Son vaxtlar teleqram hesablarının oğurlanması kütləvi hal alıb.
Xəbər verdiyimiz kimi, Lvovda Ali Radanın eks-spikeri Andrey Parubiy qətlə
