Qorxunc proqnoz AÇIQLANDI: 2 milyondan çox insan
Dünya 30 Sen 2025 11:00:00 172 0
İqlim dəyişikliyi bəşəriyyəti yanğınlar, daşqınlar, ərzaq qıtlığı və sosial-iqtisadi böhranlarla müşayiət olunan ağır gələcəyə aparır. Alimlər xəbərdarlıq edirlər ki, bu proseslərdən xilas olan insanlar da yoxsulluq və iqtisadi çətinliklərlə üz-üzə qalacaqlar.
Bu xəbəri də oxu: Putin ən çox bəyəndiyi kinonun adını açıqladı
Son.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kembric Universitetinin mütəxəssisləri bildiriblər ki, əsrin sonuna qədər orta statistik insan 24 faiz daha az gəlirə sahib olacaq. Hesablamalara əsasən, hətta Böyük Britaniyada belə həyat şəraiti hazırda inkişaf etməkdə olan ölkələrin reallığını xatırlada bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, iqlim dəyişikliyi yalnız kənd təsərrüfatına deyil, nəqliyyat, sənaye və ticarət sahələrinə də ciddi təsir göstərəcək. Əgər illik temperatur artımı 0,04°C səviyyəsində qalarsa, yüzilliyin sonuna qədər dünya üzrə adambaşına ÜDM 10-11 faiz azalacaq. Ən pis ssenaridə isə itkilər 20-24 faizə çata bilər.
Alimlər fosil yanacaqlardan imtinanın sürətləndirilməsini və uyğunlaşma tədbirlərinin görülməsini vacib sayırlar. Onların sözlərinə görə, Paris Sazişində nəzərdə tutulan hədəflərə əməl olunsa və temperatur artımı ildə 0,01°C-ə qədər məhdudlaşdırılsa, qlobal gəlirlər 0,25 faiz arta bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, dünyada iqlim dəyişikliyinin fəsadlarından tam qorunan ölkə yoxdur: "Əgər emissiyalar azaldılmasa, heç kim təhlükəsiz deyil".
London Gigiyena və Tropik Tibb Məktəbinin proqnozuna görə isə XXI əsrin sonuna qədər Avropada 2,3 milyon insan ekstremal istilərin qurbanı ola bilər.
Hüseyn Son.az
Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliy
Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza
Dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törəd
Ukraynalı aktyor, musiqiçi və könüllü Andrey Neskubin Rusiya aviasiyasın
Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sa
Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn
Tanınmış prodüser və aparıcıya Dənizkənarı Bulvar İdarəsində vəzif
2025-ci ilin son ayları bəzi bürclər üçün həyatın ən unudulmaz və seh
Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okean akvator
Bakıda ağır yol qəzası baş verib.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin
