Prezident və birinci xanım Bakıda salınan yeni parkın açılışında iştirak ediblər FOTO
Siyasət 01 Okt 2025 14:49:00 176 0
Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.
Bu xəbəri də oxu: İlham Əliyev Tokayevi və Qazaxıstan xalqını təbrik edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.
Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.
Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.
Yeni park isə paytaxtın "yaşıl xəritəsi"nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəs
Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.
2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyas
İş həyatınızda əhbərlikdə və ya karyera istiqamətində dəyişiklik ol
Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatı
Xalq şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzr
Medianın İnkişafı Agentliyi "TRT"nin əməkdaşının Qəzzada hə
Elgiz Əkbər müğənni Müjgan Ayxanla ilk tanışlığından danışıb.
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişk
2025-ci ildə Azərbaycanda nadir və uğurlu amillərin birləşməsi formalaş
Müğənni Gülay Zeynallı Cabir İmanovla bağlı paylaşım edib.
Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov parlamentdə Çin istehsal
Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsu
"Övladımı qucaqlayıb qoxusu ilə digərindən təsəlli almaq..."
Türk Hava Yolları (THY) uçuş şəbəkəsini genişləndirib.
