"Zəngəzur dəhlizi"nin Ermənistanla heç bir əlaqəsi yoxdur " Paşinyan
Siyasət 02 Okt 2025 12:15:00 194 0
"Azərbaycan bunu "Zəngəzur dəhlizi" adlandırmaq istəyir - Qoy bunu etsinlər, bunun Ermənistanla heç bir əlaqəsi yoxdur".
Bu xəbəri də oxu: Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır
Son.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Milli Assambleyada çıxışı zamanı deyib ki, Azərbaycan "Zəngəzur dəhlizi" ifadəsini işlədəndə Horadiz-Zəngilan yolunu nəzərdə tutur.
Paşinyanın sözlərinə görə, bunun Ermənistan ərazisi ilə heç bir əlaqəsi yoxdur:
"Onlar ona ad vermək istəyirlər - biz özümüzdən soruşmalıyıq: bunun bizim üçün əhəmiyyəti varmı? Bağışlayın, hətta onu "Albert Eynşteyn" adlandırmağa qərar verə bilərlər - qoy bunu belə adlandırsınlar. Bunun Ermənistanın ərazisi ilə heç bir əlaqəsi yoxdur. Mənim imzalı sənədim var", - o əlavə edib.
"Horadiz-Zəngilan yolu daha uzundur, "Zəngəzur dəhlizi" deyirlər, desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad TRIPP marşrutudur".
Qeyd edək ki, Ermənistanın Zəngəzur vilayətindən keçəcək yol beynəlxalq lüğətdə də daha çox "Zəngəzur dəhlizi" kimi təqdim olunur.
Fidan Son.az
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagendə k
Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham ol
2025-ci ilin yazında Avropa İttifaqı və BMT tərəfindən İrana qarşı san
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Qəzzada münaqişəni son
Paytaxtın Dərnəgül ərazisində Şahmar Ələkbərov küçəsinin arxa hiss
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham
Dərman vasitələri və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ö
Süni intellekt nəhəngi və "ChatGPT"nin istehsalçısı OpenAI 202
2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kr
Kirayə mənzil bazarında hazırda qiymət artımı, həmçinin azalması müş
"Bu gün Azərbaycanda tələbələr bir çox şeydən məhrumdurlar. Unive
Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması yenidən diqqət çəkməyi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrup
