Bu ölkədə silikon etdirən qadınlar sərt cəzalandırılacaq Birbir yoxlanılır
Dünya 03 Okt 2025 10:26:00 164 0
Şimali Koreyada təhlükəsizlik qüvvələri sinə böyütmə əməliyyatı keçirən qadınlara qarşı sərt kampaniya başladıb.
Bu xəbəri də oxu: Şahzadənin oğlu narkotik istifadə edirmiş Həbsdən yeni çıxmışdı...
Son.az xəbər verir ki, rejim bu əməliyyatları "kapitalist döş implantları" adlandıraraq, əməliyyat keçirən qadınları və həkimləri ciddi cəzalarla hədələyir.
Məlumata görə, məhəllə patrulları və gizli agentlər vasitəsilə əməliyyat olunan qadınların aşkarlanması üçün yoxlamalar aparılır. Yaxalanan qadınların əmək düşərgələrinə göndərilməsi planlaşdırılır.
Sentyabr ayında Şimali Hvanqhae əyalətinin Sarivon şəhərində keçirilən açıq dinləmədə iki gənc qadın və əməliyyatı həyata keçirən həkim mühakimə olunub. Prokuror bu əməliyyatları "burjua ənənələri ilə pozulmuş kapitalist hərəkət" kimi qiymətləndirib, hakim isə onları "anti-sosialist" elan edərək sərt cəzalandırılacaqlarını bəyan edib.
Məhkəmədə təqdim olunan sübutlara görə, silikon implantlar Çindən qaçaqmalçılıq yolu ilə gətirilib və həkim onları evdə istifadə edib. Əldə olunan tibbi alətlər, silikon materiallar və pullar müsadirə edilərək nümayiş etdirilib.
Təhlükəsizlik qüvvələrinin əməliyyat şübhəsi ilə qadınları fiziki müayinədən keçirdiyi də açıqlanıb. Məhəllə komitələrinə, cərrahi müdaxilə keçirən qadınların müəyyən edilməsi və xəstəxanalara göndərilməsi tapşırılıb.
Bu vəziyyət xüsusilə gənc qadınlar arasında ciddi qorxu və narahatlıq yaradıb.
Fidan Son.az
2025-ci il oktyabrın 2-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il kolera xəstəliyinin 23 ölkəd
Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir
FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu ictima
Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından öl
Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr
Astroloqların proqnozuna görə, yaxın günlərdə bəzi bürclərin həyatın
Ucuz olduğu üçün Azərbaycanda sürətlə populyarlaşan Çin avtomobilləri
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın m
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Binəqədi şosesində aparılan təmir işləri 5-ci aya keçir.
Rəqqasə Rəna Ağamuradova etirafı ilə diqqət çəkib.
Marmara bölgəsində baş verən 5 bal gücündə zəlzələ İstanbul da daxil
