"Atam ağlayırdı, anam keyimişdi, mən isə qəhqəhə atıram"
Şou-biznes 04 Okt 2025 14:51:00 167 0
Şairə Nazilə Səfərli ölümlə üz-üzə qaldığı anlardan danışdı.
Bu xəbəri də oxu: "Şəkildəki biz deyilik"
Son.az xəbər verir ki, "Günə uğurla" verilişdə qonaq olan sənətçi həmin təhlükəli anları belə yada salıb.
"Mən elə böyük bəladan, ölümdən qurtarmışam ki... Atamla anamı gəzməyə aparmışdım. Öyrənmişdim ki, bizim kənddən Qarsa 3 saat yarımlıq yol varmış. Yolu tanımırdım, o vaxt qaçaqlar gedirdi. Soruşaraq yola davam etdim. Elə idi ki, təkər buraxsa, yolda qalacaqdın. Heç kim yox idi. Qarsa çatdıq, gözəl qarşılandıq. İki-üç gün orada qaldıq. Qarsdan Ərdahana, oradan da Trabzona doğru irəliləyirəm.
İldırımın göydən gəlib necə düşdüyünü sükan arxasında olanda gördüm. Anama dedim ki, göydən gələn oda bax. Düz üstümə gəlirdi, 3-4 metr kənara düşdü. Çox böyük duman-tüstü çıxdı. Sürətimi saxlamadım keçdim. İki dəqiqə keçdim 30 sm dolu gördük. Çox çətin təbiəti vardı. Üzbəüz gələn maşını vurmamaq üçün ayağımı əyləcdən götürdüm. Elə həmin avtomobili ötürdüm. Gördüm ki, maşın məni aparır, sağım isə 2650 m uçurum idi. Sonradan anam xatırladıb ki, onlara möhkəm durmalarını demişəm. Sükan nəzarətimdən çıxmışdı. Aşağı və yuxarıdan gələn maşın dayanıblar, mən isə yolun ortasında hoqqa verirdim. O ki var fırlanıram. Dediyim sıldırımın düz başında maşını necə döndərmişəm. Yağış saniyədə 3 vedrə yağırdı. Qapını açıb düşmək olmurdu. Atam ağlayırdı. anam isə keyidiyini deyirdi. Yazıqları guya gəzməyə aparmışam. Mən bir qəhqəhə atıram ki, bəlkə şokda olmağımla bağlı idi, ya da bacardığımla".
Musa Son.az
İsrail və HAMAS ABŞ-ın vasitəçiliyi ilə sabah Misirdə danışıqlar apar
Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində P
Polşa Prezidenti Karol Navrotski Almaniya və Litva ilə sərhədlərdə əlav
Rusiya ordusunun Ukraynanın Sumı vilayətində sərnişin qatarına zərbəsi
Gənc Diplomatiya Dərnəyinin sədr müavini Ömər Tayyib Ərdoğan Boğaziç
Aparıcı Rövşanə Ağasəfqızı açıqlaması ilə diqqət çəkib.
İstanbulun Fatih rayonunda iki mərtəbəli sahibsiz bina çöküb.
Müşahidələr göstərir ki, həftəsonu əhalinin bölgələrə, bağ massivl
Uels şahzadəsi Uilyam kral olduqdan sonra monarxiyada bəzi dəyişikliklərə
2020-ci ilin 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfində
Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik vasitənin keçirilmə
