Prezident Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib FOTO
Siyasət 08 Okt 2025 12:54:00 152 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik etdi. Qonaq, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırdı.
Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğuladı. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edən qonaq dostluq qrupları ilə yanaşı, müxtəlif parlament komitələri arasında da əməkdaşlığın vacibliyinə toxundu.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi.
Xorvatiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi vurğulandı.
Görüşdə ikitərəfli münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi bildirildi, enerji, sərmayələr, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırıldı, ölkələrimizin beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu.
Xəbərə aid video
Əməkdar artist Şəbnəm Tapdıq maraqlı açıqlamalar verib.
Tarif dəyişikliyinin şamil olunduğu avtobusların yeni siyahısı elan edili
Azərbaycanlı müğənni vəsiyyətini açıqladı
Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum o
Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol-nəqliyyat hadis
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayra
Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət
İqlim dəyişikliyi artıq gələcəyin abstrakt təhdidi deyil. Bu gün o, bey
Britaniyalı məşhur müğənni və bəstəkar Elton Con öz diz qapaqlarından
Oktyabr ayı bürclərin həyatında yeni mərhələlərin başlanğıcı kimi q
Sosial şəbəkədə qeyri-etik davranış nümayiş etdirən şəxs barəsində
Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilməyib.
Bu gün Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə qaz təchizatında faz
