Gündə iki saat işləyərək bir ildə 1 milyon dollar qazandı
Dünya 08 Okt 2025 19:58:00 160 0
ABŞ-də yaşayan Dawon Metyus gənclik illərində yaşadığı məhkumluğa görə iş tapa bilmədiyi üçün sahibkarlığa yönəlib. 32 yaşında maliyyə sabitliyinə çatan Metyus hazırda gündə cəmi iki saat işləməklə ildə 1 milyon dollardan çox gəlir əldə edir.
Bu xəbəri də oxu: Bu ölkə prezidenti Trampı belə təqlid etdi VİDEO
Filadelfiyada doğulan Metyus gəncliyini "çətin başlanğıc" adlandırır. Universitet illərində bir davaya görə "ağır hücum" ittihamı ilə 6 ay həbs cəzası alıb, daha sonra isə sürücülük vəsiqəsi olmadan maşın sürdüyü üçün yenidən cərimələnib.
Cəmiyyətin keçmişinə görə ona şans vermədiyini deyən Metyus yüzlərlə iş müraciətindən rədd cavabı aldıqdan sonra öz biznesini qurmaq qərarına gəlib.
2017-ci ildə uşaqlıq dostu Darnell Hintonla birgə "Wonderful Cleaning" adlı təmizlik şirkəti yaradıb. Əvvəlcə qardaşının evini təmizləyən Metyus daha sonra kommersiya obyektləri ilə müqavilələr bağlayıb. İki il ərzində aylıq qazancı 12 min dollara çatıb.
Təmizlik işindən qazandığı pulla 2020-ci ildə ikinci şirkəti - "R&R Junk Removal" (tullantı toplama xidməti) qurub. Birinci ildə bu işdən 100 min dollar gəlir əldə edib. Ardınca qazancını daşınmaz əmlaka yatıraraq Filadelfiyada 16 daşınmaz mülk alıb və onlardan aylıq təxminən 11 min dollar passiv gəlir qazanmağa başlayıb.
Bakıda bodibilder möcüzə nəticəsində sağ qalıb - onun ürəyi yeddi də
Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HAMAS arasında vasitəçilər
Rusiyanın Dağıstan bölgəsi yaxın aylarda enerji çatışmazlığı riski i
Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş meri İris Ştalzerin evində
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
İstanbulda narkotik vasitələrdən istifadə ittihamı ilə aparılan istintaq
Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etmə
"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamark
Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu
Müğənni Səbinə Selcan qonaq olduğu efirdə gülüş hədəfi olub.
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert ke
Müğənnilər Musa Musayev və Təranə Qumral paytaxt məkanlarının birində
İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıq
