Bakıda keçmiş arvadını bıçaqlayan şəxs
Kriminal 12 Okt 2025 13:34:00 164 0
2022-ci il avqustun 30-da Yasamal rayonu ərazisində Araz İsazadənin qısqanclıq zəminində Nuridə Əhədovaya bıçaqla xəsarətlər yetirməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 144.1-ci (adam oğurluğuna cəhd) maddələri ilə cinayət işi başlanıb.
Bu xəbəri də oxu: Əməkdar artist vəfat etdi FOTO
İstintaq zamanı Araz İsazadə ifadəsində bildirib ki, 2012-ci ildə dayısının qızı ilə ailə qurub və bu nikahdan iki övladı dünyaya gəlib. Cütlük 2021-ci ilin iyul ayında boşanıb. Həmin ilin avqustun 31-də Araz dayısının nəvəsi Nuridə Əhədovanı Suvar rayonundan qaçıraraq Bakıya gətirib və aralarında rəsmi nikah olmadan dini kəbin kəsilib.
2022-ci il mayın 21-də səhər evdən çıxarkən Nuridə normal şəkildə onunla sağollaşıb, lakin gün ərzində qadın evə qayıtmayıb. Araz evdə Nuridənin yazdığı bir qeyd tapıb. Qeydində qadın onun tərəfindən döyülməsi, söyülməsi və toy edilməməsi səbəbindən ayrıldığını yazıb.
Avqustun 26-da Araz avtomobili ilə hərəkətdə olarkən Nuridəni tibb mərkəzindən çıxarkən görüb və onu izləyərək harada yaşadığını müəyyən edib. Avqustun 30-da səhər saat 9 radələrində qadının iş yerinin qarşısına gələrək onu görüb. Nuridənin yanında bir nəfər kişi olub. Araz maşından düşərək qadını zorla avtomobilə mindirib. Hərəkət zamanı Nuridə qapını açaraq yola atılıb. Araz maşını saxlayaraq bıçaqla onun üstünə çıxıb və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb, lakin bir qədər sonra geri qayıdıb. Bu zaman yol-patrul xidmətinin əməkdaşları onu saxlayaraq 27-ci Polis Bölməsinə təhvil veriblər.
ABŞ-nin Kaliforniya ştatının cənubunda ən populyar çimərliklərdən biri
Astrologiyada bəzi bürclər var ki, onların davranışları ətrafdakı insan
Prodüser və aparıcı Tarix Əliyev verilişində həmkarı Zaur Nəbioğlunun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək
Azərbaycanda oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Almaniya şirkəti "Capricorn", ilk növbədə, yüksəksəviyyəli ya
Məşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya at
Əməkdar artist Dilarə Əliyeva "Astar"ın Yutub layihəsində mərh
ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından sonra (30 avqust 2021-ci il)
Bir müddət öncə toy çalsdıran müğənni Gülka Ələkbərli ilə bağlı
Keçən ilin dekabrında hakimiyyətdən devrilən Suriyanın keçmiş Prezide
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI
