Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Siyasət 16 Okt 2025 12:18:00 155 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğuladı, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirdi. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş etdi.
Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu dedi, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin
Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb
Hindistanın ən varlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani
Azərbaycan Prezidenti İlham Əliyev bütün Qafqazın şərəfini qorudu.
Palma yağı bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.
ADY qatarlarında texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə
Türkiyədə polis tərəfindən daha bir genişmiqyaslı əməliyyat həyata ke
İstanbulun Esenyurt şəhərində avtomobillə gələn şəxs qəhvəxanada otu
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxun
Sabunçu Tibb Mərkəzində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin r
Sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən b
Metronun "Cəfər Cabbarlı" stansiyası istiqamətində iki tunel tik
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admi
Astroloqların və ruhani mütəxəssislərin fikrincə, ilin bəzi aylarında d
