"Mango"nun yaradıcısını oğlu öldürüb?
Dünya 17 Okt 2025 13:22:00 136 0
"Mango" markasının təsisçisi İsak Andiçin ölümünə dair yeni məlumatlar ortaya çıxıb.
Bu xəbəri də oxu: ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi
Son.az xəbər verir ki, İspaniya polisi, 71 yaşlı iş adamının keçən ilin dekabrında Barselonanın yaxınlığındakı Montserrat dağlarında oğluyla birlikdə gəzərkən 100 metrdən çox hündürlükdən yıxılaraq həyatını itirməsini ilkin olaraq qəza kimi qiymətləndirmişdi. Lakin oğul Jonathan Andiçin ifadələrindəki ziddiyyətlər və məhkəmə ekspertizası nəticələri, hadisənin qəsdən törədilmiş ola biləcəyini göstərib. Nəticədə, Jonathan Andiç qəsdən adam öldürmə ittihamı ilə rəsmi istintaqa cəlb edilib.
İstintaq zamanı Jonathanın ifadələrindəki uyğunsuzluqlar, hadisə yerində toplananlar sübutlarla uyğun gəlməyib. Bundan əlavə, Andiçin həyat yoldaşı, peşəkar qolfçu Estefaniya Knut, ata-oğul arasında gərgin münasibətlərin olduğunu bildirib. Hadisə zamanı Jonathanın önündə getdiyi və geriyə dönüb atasının uçurumdan düşdüyünü gördüyünü söyləyib. Polis, hadisənin baş verdiyi yolda başqa şahidlərin olmadığını və yolun "xüsusilə təhlükəli" olmadığını qeyd edib.
Hazırda Jonathan Andiçin mobil telefonu araşdırılır və istintaq gizlilik şəraitində davam edir. Ailə üzvləri ictimaiyyətə açıqlama verməyib və Jonathanın günahsız olduğuna inanırlar.
Qeyd edək ki, İsak Andiç Barselonada işləyirdi. O, Mango markasını quraraq 120-dən çox ölkədə 2.800-dən çox mağaza və 16.000-dən çox işçi ilə Avropanın ən böyük moda imperiyalarından birini yaratmışdı. Onun sərvəti Forbes tərəfindən təxminən 4,5 milyard dollar olaraq qiymətləndirilirdi.
Ölümündən sonra Mango şirkətinin idarə heyəti, Toni Ruizi baş direktor olaraq təyin edərək şirkətin strukturunu yenidən təşkil edib.
İsmayıl Son.az
Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yold
Müğənni Müjgan Ayxan paylaşımı ilə marağa səbəb olub.
Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində mühüm addım atıl
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb oluna
Bəzi sənədlər sadəcə mühasibat uçotunun çərçivəsindən çıxır və
Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçan aparatl
Ölkə ərazisində müşahidə olunan yağışlı və tutqun hava şəraiti bir
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Oktyabrın 17-nə keçən gecə Günəşdə daha əvvəl müşahidə olunmuş M
Rusiya ilə ABŞ arasında tunel tikintisi perspektivi mövcuddur.
Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəf
Xalq artisti, aktrisa Fatma Mahmudovanın müğənni qızı Sevda paytaxt məka
Dünyaca məşhur pianoçu və bəstəkar Fazil Say üçüncü dəfə ailə quru
Son illərdə boşanmalardan sonra qadınlara qarşı zorakılıq və cinayət h
Sumqayıtda parkda kişi meyiti aşkarlanıb.
