İlham Əliyev və Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
Siyasət 21 Okt 2025 16:40:00 154 0
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Bu xəbəri də oxu: İlham Əliyev Tokayevi və Qazaxıstan xalqını təbrik edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına bu il yaradılan Mərkəz barədə məlumat verildi.
Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən "İctimai məkan" hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən "Tomorrow School" və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.
Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin edi
Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" istifadəçil
Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
2021-2025-ci illərdə ABŞ prezidenti olmuş Co Bayden prostat xərçəngi səb
Təyyarə havada olarkən salonda anidən alışma baş verib.
Bakıda yerləşən "İstanbul NS" klinikasının külli miqdarda verg
Müğənni Şəbnəm Tovuzlu "Qonaqcanlı" verilişində "YouTube
Bu gün saat 23:00-dan etibarən Azadlıq meydanının qarşısındakı yolda h
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Türkiyəli məşhur müğənni Ebru Gündeşin ilə bağlı yeni təfərrüatl
Türkiyənin sevilən müğənnisi Murat Dalkılıç 12-ci dəfə əməliyyat o
Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir. Əməliyyatlar zaman
Ziraat Bank Azərbaycan xidmət keyfiyyətini daha da təkmilləşdirmək məqs
Sosial şəbəkələrdə "Hayal Kahvesi" ilə bağlı şikayət yayıl
