Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO


Kriminal 28 Okt 2025 15:53:00 78 0

Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq  VİDEO

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm İncəsənət Festivalı keçiriləcək.

Trend xəbər verir ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.

Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su, "Art Weekend"in əsas elementi kimi seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verəcək.

Tədbirlərdən biri Bakının qədim hissəsində - İçərişəhərdə, XVII əsrə aid Yeraltı hamamda keçiriləcək. Burada "Axar yaddaş" adlı kollektiv sərgi təqdim olunacaq - bu ekspozisiya hamam mədəniyyətinin müasir yozumudur. Layihədə əməkdar rəssam Səbinə Şıxlinskaya, gənc istedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova və Timur Zaripoviç iştirak edirlər.

Sərginin kuratoru Mənsurə Məmmədəliyeva bildirib ki, ekspozisiya təkcə ənənələri tərənnüm etmir, həm də Azərbaycanın hamam mədəniyyəti və tarixinin çoxqatlı semantikasını su, yaddaş və təmizlik prizmasından araşdırır:

"Sərgi çərçivəsində hamam yalnız fiziki məkan kimi deyil, həm də sosial münasibətlərin, şəxsi xatirələrin və mədəni varisliyin daşıyıcısı kimi təqdim olunur. Rəssamların əsərləri hamamı axar yaddaşın, nəsilləri və təcrübələri birləşdirən, kollektiv kimliyi formalaşdıran və tarixi-mədəni irsi yenidən dəyərləndirən bir məkan kimi göstərir", - Mənsurə Məmmədəliyeva Trend-ə bildirib.

"Arka sokaklar"ın ulduzu dəyişimi ilə təəccübləndirdi like
  • 28 Okt 15:50  
Şou-biznes "Arka sokaklar"ın ulduzu dəyişimi ilə təəccübləndirdi

Məşhur "Arka Sokaklar" serialının sevilən obrazı "Hüsnü

arrow Ətraflı
Kirkorov məhkəməyə verildi: 162 milyon manat təzminat istəyirlər like
  • 28 Okt 15:20  
Şou-biznes Kirkorov məhkəməyə verildi: 162 milyon manat təzminat istəyirlər

Rusiyanın Xalq artisti Filipp Kirkorov məhkəmə qarşısına çıxacaq.

arrow Ətraflı
Yaponiya ABŞdən böyük miqdarda hərbi texnika alacaq  FOTO like
  • 28 Okt 15:07  
Dünya Yaponiya ABŞdən böyük miqdarda hərbi texnika alacaq FOTO

ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiyanın baş naziri Sanae Takaiçi il

arrow Ətraflı
Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı like
  • 28 Okt 14:54  
Siyasət Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı

Türkiyə və Azərbaycan - iki dövlət, iki respublikadır. Amma bu iki xalqı

arrow Ətraflı
Mask "Vikipediya"ya rəqib platforma yaratdı like
  • 28 Okt 14:46  
Dünya Mask "Vikipediya"ya rəqib platforma yaratdı

Amerikalı milyarder İlon Mask "Grokipedia" adlı yeni onlayn layihə

arrow Ətraflı
Pərvin əri ilə FOTOsunu paylaşdı like
  • 28 Okt 14:31  
Şou-biznes Pərvin əri ilə FOTOsunu paylaşdı

Türkiyədə yaşayan azərbaycanlı model Pərvin Həsənzadənin paylaşımı

arrow Ətraflı
Onlar 400 min qrant almaqda ittiham edilir  Prokuror açıqladı like
  • 28 Okt 14:28  
Digərləri Onlar 400 min qrant almaqda ittiham edilir Prokuror açıqladı

Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının

arrow Ətraflı
Azərbaycanda bu şəxslərə ev veriləcək like
  • 28 Okt 14:23  
Digərləri Azərbaycanda bu şəxslərə ev veriləcək

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akade

arrow Ətraflı
"Dilqəm market"də iş yoldaşını öldürən Sənana hökm oxundu like
  • 28 Okt 14:14  
Digərləri "Dilqəm market"də iş yoldaşını öldürən Sənana hökm oxundu

Marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Ş

arrow Ətraflı
Kəndlilərin malqarası hara yoxa çıxır?  DİNdən AÇIQLAMA like
  • 28 Okt 14:02  
Digərləri Kəndlilərin malqarası hara yoxa çıxır? DİNdən AÇIQLAMA

Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlə

arrow Ətraflı
Keniyada təyyarə qəzaya uğradı  12 sərnişin daşıyırdı like
  • 28 Okt 13:33  
Dünya Keniyada təyyarə qəzaya uğradı 12 sərnişin daşıyırdı

Keniyanın Kvale bölgəsində təyyarə qəzaya uğrayıb. 

arrow Ətraflı
İzləyicilərinə QARĞIŞ etdi: "Mənim kimi həkim qəbullarında acsusuz gəzəsiniz" like
  • 28 Okt 13:20  
Şou-biznes İzləyicilərinə QARĞIŞ etdi: "Mənim kimi həkim qəbullarında acsusuz gəzəsiniz"

Tele-aparıcı Vüsalə Əlizadə verilişinin təkrar yayımlanması izləyicil

arrow Ətraflı