İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Siyasət 28 Okt 2025 19:06:00 60 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.
Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Son.az
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəs
"Rəngarəng" verilişində gərgin anlar yaşanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi
Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağl
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvə
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi
Beynəlxalq Muğam Mərkəzində gənc müğənni, rəssam və şairə Xanım Pa
Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı - Respublika
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
"Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
"Şahid" PUA-ları indi bəzi yerlərdə ballistik raketlərdən daha
Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin C
