Leyla Əliyeva və Arzu Əliyeva Qax rayonunda AxarBaxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Siyasət 29 Okt 2025 11:50:00 86 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Bu xəbəri də oxu: İlham Əliyev: Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir
Son.az xəbər verir ki, tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva Əyriçaya 20 min balığın buraxılması tədbirində də iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.
Tele-aparıcı Zaur Nəbioğluna maraqlı hədiyyə olunub.
Braziliya tarixində ən böyük narkotik əməliyyatı həyata keçirilib.
Sərnişin daşımalarında istifadə edilən avtomobillərin rəngi ağ və qı
Türkiyənin Iğdır şəhərində tikinti sahəsində faciəvi hadisə baş ver
XXI əsrdə ölüm artıq tale hadisəsi deyil. O, seçimə çevrilib. Hüquqa.
2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində ümum
Filarmoniya bağında su israfına diqqət çəkmək üçün sosial aksiya təş
Bakıda 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddəl
Ağdərədə "HOWO" markalı yük maşını aşıb, sürücü ölüb.
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda bu səhər faciəvi hadisə ba
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Aktrisa Pərvin Abıyeva paylaşımı ilə marağa səbəb olub.
Türkiyənin Diyarbakır şəhərində 26 illik bir ailə təbii qazla bağlı y
"Hələ istədiyim çəkiyə düşməyimə bir az var, 4-5 kiloqram da arı
Vitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna
