“Sənətkarın dostu”: Füzulidə Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib


Kriminal 01 Noy 2025 10:05:00 87 0

“Sənətkarın dostu”: Füzulidə Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində "Sənətkarın dostu" layihəsi çərçivəsində görüş keçirilib.

MEMİM-in təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilən "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi üzrə gerçəkləşdirilən görüşün qonağı Azərbaycan Milli Konservatoriyası (AMK) Muğam kafedrasının müdiri və professoru, Prezidentin fərdi təqaüdçüsü, "Şərəf" və "Şöhrət" ordenləri laureatı, Xalq artisti Mənsum İbrahimov olub.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov çıxış edərək tanınmış incəsənət xadimləri ilə regionlarda təşkil olunan görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Bu kimi tədbirlərin yerlərdə mədəni mühitin canlanmasına töhfə verdiyi diqqətə çatdırılıb.

Mənsum İbrahimova 65 illik yubileyi münasibətilə təbriklərini çatdıran idarə rəisi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi rəssamlıq dərnəyinin rəhbəri Əkrəm Qurbanovun Xalq artistinin şüşə üzərində döymə üsulu ilə hazırladığı portretini sənətkara təqdim edib.

MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov bildirib ki, bölgələrdə sənət adamları ilə görüşlər ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır. MEMİM-in bu qəbildən layihələri mütəmadi olaraq təşkil edilir.

Xalq artisti Mənsum İbrahimov muğam sənətinin fəlsəfəsindən danışıb, dövlətimiz tərəfindən bu sahənin inkişafına böyük qayğı göstərildiyini deyib. Ustad xanəndə həmçinin muğam məktəblərindən bəhs edib, ifa zamanı diqqət yetirilməli məqamlardan söz açıb.

Görüş zamanı tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Nihad Məmmədovun müşayiəti ilə Mənsum İbrahimovun yetirmələri Günay İmamverdiyeva və Orxan Hüseynlinin çıxışları dinlənilib.

Həmçinin Rauf Həsənov (tar) və Ülvi Hacıyevin (kamança) müşayiəti ilə Füzuli rayonu musiqi məktəblərinin şagirdləri Tunar Qafarov, Müstəcəb Əliyev və Rəsul Bağırov da ifalarını təqdim ediblər. Uşaq İncəsənət Festivalının finalçısı Zülfiyyə Orucova isə Razi İlhamın Mənsum İbrahimova həsr etdiyi şeirini səsləndirib.

Ətraf rayonlarda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərindən müəllim və şagirdlərin, o cümlədən şəhid ailələrinin üzvləri və qazilərin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşdə Mənsum İbrahimov auditoriyanın suallarını cavablandırıb.

MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə keçirilən tədbirdə "Azərbaycan Bayrağı" ordenli şəhid kapitan Həmid Həmidlinin (1996-2023) atası çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Sənətkarın və yetirmələrinin sonda birgə ifa etdikləri "Qarabağ şikəstəsi" tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Bu BÜRCLƏRİN qadınlarına hər kəs like
  • 01 Noy 09:53  
Digərləri Bu BÜRCLƏRİN qadınlarına hər kəs

Astroloqların fikrincə, bəzi bürc qadınlarında xüsusi bir enerji, cazibə

arrow Ətraflı
Bu ölkədə qaçmaq qadağan olundu like
  • 01 Noy 09:40  
Dünya Bu ölkədə qaçmaq qadağan olundu

Slovakiyada səkidə qaçmaq qadağan olunur.

arrow Ətraflı
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi like
  • 01 Noy 09:38  
Digərləri Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi

Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya

arrow Ətraflı
Türkiyədə yenidən zəlzələ oldu like
  • 01 Noy 09:37  
Digərləri Türkiyədə yenidən zəlzələ oldu

Balıkəsirdə Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
"Ərimdən ayrılmaq istəmişəm, anam qoymayıb" like
  • 01 Noy 09:26  
Şou-biznes "Ərimdən ayrılmaq istəmişəm, anam qoymayıb"

Müğənni Qumral açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
7ci sinif şagirdi vəfat etdi like
  • 01 Noy 09:23  
Digərləri 7ci sinif şagirdi vəfat etdi

Paytaxtın 235 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Fərizə Səf

arrow Ətraflı
Cihad hakimiyyəti: Mali uçurumun kənarında like
  • 01 Noy 09:22  
Dünya Cihad hakimiyyəti: Mali uçurumun kənarında

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə DÖYDÜ: like
  • 01 Noy 09:11  
Kriminal Özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə DÖYDÜ:

Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üç

arrow Ətraflı
"ABŞ deyir ki, bu ölkədən üzr istəməliyəm" like
  • 01 Noy 09:00  
Dünya "ABŞ deyir ki, bu ölkədən üzr istəməliyəm"

Amerikalılar bizə mesaj göndərdilər ki, belaruslar günahkardır və həm h

arrow Ətraflı
"Heç kəs yaxşı əri başqa qadına verməz" like
  • 01 Noy 08:41  
Şou-biznes "Heç kəs yaxşı əri başqa qadına verməz"

Müğənni Xuraman Şuşalı Dağıstanda bir kişinin ikinci dəfə ailə qurma

arrow Ətraflı
Bərəkətsiz torpaqlarda belə bitir – Hər ağacdan 25 kilo məhsul alınır like
  • 01 Noy 08:08  
Digərləri Bərəkətsiz torpaqlarda belə bitir – Hər ağacdan 25 kilo məhsul alınır

Türkiyədə kiçik torpaq sahələrini dəyərləndirmək istəyən fermerlər

arrow Ətraflı
Çörəkdə kiflənməyə son – Alimlərdən inqilabi texnologiya like
  • 01 Noy 07:07  
Digərləri Çörəkdə kiflənməyə son – Alimlərdən inqilabi texnologiya

Türkiyədə hər gün təxminən 12 milyon, ildə isə 4,3 milyard ədəd çör

arrow Ətraflı
"40 yaşım var, 1 qr ağlım yoxdur" like
  • 01 Noy 06:06  
Şou-biznes "40 yaşım var, 1 qr ağlım yoxdur"

Rəqqasə Rəna Ağamuradova (Renka) "Bir gün" verilişinin qonağı

arrow Ətraflı
Bu insanlar qırmızı ət yeməyi "unutsunlar" like
  • 01 Noy 05:05  
Digərləri Bu insanlar qırmızı ət yeməyi "unutsunlar"

Son araşdırmalar göstərir ki, qırmızı ətin həddindən artıq qəbulu h

arrow Ətraflı
Maqneziumu kimlər qəbul edə bilməz?  Xəbərdarlıq like
  • 01 Noy 04:04  
Digərləri Maqneziumu kimlər qəbul edə bilməz? Xəbərdarlıq

Milyonlarla insan tərəfindən qəbul edilən maqnezium son illərin ən populy

arrow Ətraflı