YAY Qalereyası gənc rəssam Moukun (Əli İsrafilov) “Astaasta” adlı yeni fərdi sərgisini təqdim edib FOTO
Kriminal 03 Noy 2025 20:29:00 91 0
YAY Qalereyası gənc rəssam Mouk-un (Əli İsrafilov) "Asta-asta" adlı yeni fərdi sərgisini təqdim edib. Açılışda paralel proqram çərçivəsində yerli rok qrupu "DədəBaba"xüsusi olaraq bu axşam üçün hələ yayımlanmamış albomlarından seçilmiş əsərləri canlı şəkildə ifa edib. Sərgi açılışında sənətin müxtəlif sahələrindən gələn ziyarətçilər, kolleksiyaçılar və sənət həvəskarlar iştirak edib. Sərgi, rəssamın YARAT Müasir İncəsənət Məkanında iki aylıq rezidentura proqramı çərçivəsində yaratdığı ən son əsərlərini təqdim edir. Burada nuar ruhlu personajların yaşadığı, yarı unudulmuş motelə bənzər dünya üzə çıxır. Bu fiqurlar eyni anda həm bir-birinə bağlı, həm də yalqızdılar: hər biri özünəməxsus rituallarını icra edir, təkrarlanan hərəkətlər və vərdiş halına çevrilmiş jestlərlə tənhalığın ritmini yaradır. Biz obyektlər vasitəsilə insanlarla üzləşir, insanlar vasitəsilə isə obyektləri yenidən kəşf edirik. Tanış məkanlarda şəxsi rituallar, arzular və sosial münasibətləri araşdıran bu əsərlər vasitəsilə rəssam zamanı, düşüncəni və mövcudluğu yenidən mənalandırır.
Bu xəbəri də oxu: Təranə Muradovanın Azerbaijan Dance Festival çərçivəsində keçirilən “Night of the Dancing Diamonds” gecəsində möhtəşəm çıxışı
Kurator: Zəhra Məmmədova
Sərgi 29 mart 2026-cı ilədək davam edəcək.
Müğənni Günel Ələkbərova "Öz aramızda" verilişində maraqlı
Azərbaycan paytaxtında ilk dəfə Baku Tango Marathon keçirilib - bu möhtə
Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Az
Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan
Müğənni Çinarə Məlikzadə keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmm
Çoxları qırmızı ətin bişərkən sərtləşməsindən şikayətlənir.
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçiril
Daşkəsən rayonunda 20 yaşlı gənc marketdə iş yoldaşını qətlə yetiri
Xəbər verdiyimiz kimi, Bakı-Qazax avtomagistralının Göygöl rayonu ərazis
Tanınmış xanəndə və idmançı Pərviz Qasımov toyda muğam oxuduğu və m
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni layihəyə star
"Yaprak Dökümü"nün Ali Rza bəyi Halil Ergün illər sonra final
Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci Operativ Rea
Sərfəli mobil operator "Nar"ın "Çoox Şanslı" lotereyas
