NyuYork tarixində ilk müsəlman mer olan Mamdani kimdir?
Dünya 05 Noy 2025 14:20:00 78 0
Xəbər verdiyimiz kimi, ABŞ-nin ən böyük şəhəri olan Nyu-York yeni merini seçib. Demokratların namizədi Zohran Mamdani Respublikaçı Körtis Sliwa və müstəqil namizəd, keçmiş Nyu-York qubernatoru Endryu Kuomonu geridə qoyaraq şəhərin yeni meri olub.
Bu xəbəri də oxu: NyuYorka müsəlman mer seçildi
Son.az xəbər verir ki, rəsmi olmayan nəticələrə əsasən, 34 yaşlı Mamdani təxminən 50 faiz səs toplayaraq ən yaxın rəqibi Kuomoya 9 faiz fərq atıb. Kuomo 41 faiz, Respublikaçı namizəd Sliwa isə 7,2 faiz səs qazanıb.
Mamdani qazandığı bu qələbə ilə Nyu-York tarixində ilk müsəlman meri olub.
O, həmçinin bildirib:
"Bir millətə onu necə məğlub edəcəyini göstərə biləcək bir şəhər varsa, bu, onu yaratmış şəhərdir. Əgər bir despotu qorxutmağın yolu varsa, bu, ona güc verən şəraiti məhv etməkdir".
Mamdani deyib ki,
"Bu siyasi qaranlıq dövrdə Nyu-York işıq olacaq. Nyu-York immiqrantların şəhəri olaraq qalacaq - immiqrantlar tərəfindən qurulmuş, immiqrantlar tərəfindən ayaqda saxlanılmış və bu gecədən etibarən immiqrant tərəfindən idarə olunan şəhər."
O, həm də Afrika mənşəli ilk Nyu-York meri kimi tarixə düşəcək. Mamdani 1 yanvar 2026-cı ildə vəzifəsinə başlayacaq.
Zohran Mamdani kimdir?
Mamdani Uqandada hind əsilli bir ailədə anadan olub. Anası Mira Nair - tanınmış hind-amerikalı film rejissoru, atası isə Mahmud Mamdani - Uqandalı akademikdir.
Ailə əvvəlcə Cənubi Afrikaya, daha sonra Nyu-Yorka köçüb. 34 yaşlı Mamdani 2020-ci ildə Nyu-York Ştat Məclisinə üzv seçilib. 2024-cü ilin oktyabrında mer seçkilərinə namizədliyini irəli sürəndə ona az şans verilirdi, lakin ilkin seçkilərdə keçmiş qubernator Kuomoya qalib gələrək Demokrat Partiyasının əsas namizədi olub.
Mamdani həm müsəlman kimliyini, həm də sosialist baxışlarını açıq şəkildə müdafiə edir. O, hip-hop musiqisi ilə maraqlanır, futbol və beysbol azarkeşidir.
Mamdani siyasətə girməzdən əvvəl evsiz və aşağı gəlirli ailələrin evdən çıxarılmasının qarşısını almaq üçün layihələrdə iştirak edib. Bu təcrübə onun uyğun qiymətli mənzil siyasətinin əsasını qoyub.
Mamdani siyasi karyerasına başlamazdan əvvəl aztəminatlı insanlara kömək etməklə məşğul olub. Ekspertlərin fikrincə, onun mer postuna seçilməsini təmin edən əsas cəhətlərdən biri də bu kimi fəaliyyətləri olub.
Belə ki, Mamdani əsas olaraq varlılar üçün vergilərin artırılması ideyasını dəstəkləyir və 2030-cu ilə qədər əməkhaqqının saatda 16,50 dollardan 30 dollara qədər artırılması tərəfdarıdır.
O həmçinin şəhər sakinlərini ödənişsiz məktəbəqədər təhsillə təmin etmək və Nyu-Yorkda tədricən avtobuslarda gedişhaqqının pulsuz olmasını tətbiq etmək istəyir.
Onun planlarına aşağıdakılar daxildir:
1 milyon dollardan çox gəlir qazananlara 2%-lik sabit vergi, Korporativ vergilərin artırılması, Pulsuz avtobus nəqliyyatı, Minimum əmək haqqının 30 dollara qaldırılması, Uşaqlar üçün dövlət baxçalarının genişləndirilməsi.
Fidan Son.az
Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi
"İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş "İnte
Tanınmış meyxanaçı Zarina Buzovnalı sosial şəbəkələrdə yayılan gör
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
AzTV 8 Noyabr - Zəfər Günü ilə bağlı təsirli videoçarx yayımlayıb.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əli
Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilmə
Bakıda restoranda 72 manat servis haqqı tutublar.
Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib. İ
Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan" yarışmasından tanınan
Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pullar
Havalar soyuduqca qazin təzyiqi ilə bağlı şikayətlər müşahidə edilir.
Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkə
"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz
