“Azərbaycan incəsənət xəzinəsi” Yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib FOTO


Kriminal 06 Noy 2025 00:50:00 86 0

“Azərbaycan incəsənət xəzinəsi”  Yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib  FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan incəsənət xəzinəsi" adlı yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib. 44 günlük  Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi münasibətilə təqdim edilən yeni ekspozisiya minilliklər boyu yaranaraq formalaşmış zəngin mədəni irsimizi nümayiş etdirir. 

Açılış mərasimində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Tarix elmləri doktoru, akademik, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Xalq rəssamı Salhab Məmmədov çıxış edib. Onlar Zəfər Günü ərəfəsində açılan bu daimi ekspozisiyanın Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi nadir sənət incilərindən ibarət olmaqla, təkcə incəsənət hadisəsi deyil, həm də milli qürurun, azadlıq və qalibiyyət ruhunun bədii təcəssümü  olduğunu vurğulayıblar.  Daha sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Ekspozisiyada Azərbaycan incəsənətinin Tunc dövründən başlayaraq XIX əsrədək keçdiyi inkişaf yolu ardıcıl və elmi əsaslarla təqdim olunur. Tunc və antik dönəmə aid keramik qablar və metal məmulatlarla təmsil olunur. Bu eksponatlar sənətin sözügedən  növlərinin sadəcə  məişət əşyaları kimi deyil, öz dövrlərinin bədii təfəkkürü  və dünyagörüşü haqqında da bilgi ifadəçisi kimi çıxış edir. İlk dəfə olaraq arxeoloji materialların tapıldığı ərazilər xəritə üzərində əyani şəkildə göstərilir, qara cilalı keramikanın hazırlanma prosesi isə animasiya filmi formasında nümayiş etdirilir. Təqdim olunan kiçik plastika nümunələri xalqın dünyagörüşünün müxtəlif yönlərini əks etdirir. Şəkinin Fazıl kəndindən, Təpəbaşı adlı antik nekropoldan aşkar edilmiş məhsuldarlığı rəmzləşdirən qadın bütü sinkretik ilahi simvol olaraq yarı quş - yarı qadın obrazının təsviridir. Həmçinin, ekspozisiyada türk mədəniyyətində əcdadlar kultuna inamın rəmzi sayılan, monumental heykəltəraşlığımızın erkən örnəyi hesab edilən balbal heykəli nümayiş olunur. Orta əsr sənətkarlığına həsr olunmuş bölmədə ağacoyma və misgərlik nümunələri diqqəti cəlb edir. Ənənəvi oyma və xatəmkarlıq texnikalarında ərsəyə gətirilmiş bu əsərlər zəngin ornamental və kalliqrafik bəzəkləri ilə seçilir.

Azərbaycan xalq sənətkarlığının bənzərsiz nümunələri - zərgərlik, bədii tikmə sənəti, milli geyimlər öz nəfis gözəllikləri ilə yüksək bədii zövq nümunəsi kimi diqqəti cəlb edir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça qruplarına aid eksponatlar milli ruhun, bədii yaradıcılığın və estetik düşüncənin heyrətamiz təzahürləridir.

Bakkıda yol çökdü like
  • 06 Noy 00:28  
Digərləri Bakkıda yol çökdü

Qısamüddətli yağışdan sonra paytaxtda yol çöküb.

arrow Ətraflı
Aysun ağladı: “Atasız böyümüşdüm, indi anadan yetim qaldım”  VİDEO like
  • 06 Noy 00:13  
Şou-biznes Aysun ağladı: “Atasız böyümüşdüm, indi anadan yetim qaldım” VİDEO

Müğənni Aysun İsmayılova növbəti dəfə efirdə ağılayıb.

arrow Ətraflı
Günün qoroskopu: Qidalanmanıza diqqət edin like
  • 06 Noy 00:01  
Digərləri Günün qoroskopu: Qidalanmanıza diqqət edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Mərasim olsaydı, etiraf edərdik"  Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı like
  • 05 Noy 23:53  
Digərləri "Mərasim olsaydı, etiraf edərdik" Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı

Goranboy rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın

arrow Ətraflı
Aşıq Telli ARBnin əməkdaşına hücum etdi like
  • 05 Noy 23:30  
Şou-biznes Aşıq Telli ARBnin əməkdaşına hücum etdi

Aşıq Telli Borçalı ilə ARB TV-nin Əcəmi adlı əməkdaşı arasında müb

arrow Ətraflı
Bakı Kitab Mərkəzində “Zəfər sevinci” adlı musiqiliədəbi gecə keçirilib like
  • 05 Noy 23:00  
Digərləri Bakı Kitab Mərkəzində “Zəfər sevinci” adlı musiqiliədəbi gecə keçirilib

Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimai

arrow Ətraflı
Tbilisidə azərbaycanlı gənclər döyüldü   qadın saxlanıldı like
  • 05 Noy 22:52  
Digərləri Tbilisidə azərbaycanlı gənclər döyüldü qadın saxlanıldı

Tbilisidə qrup halında zorakılığın təşkili və iştirakında ittiham olu

arrow Ətraflı
Azərbaycanda toy yasa döndü like
  • 05 Noy 22:46  
Digərləri Azərbaycanda toy yasa döndü

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından

arrow Ətraflı
Erməni yazıçılar istəsə, görüşərəm  Anar like
  • 05 Noy 22:35  
Digərləri Erməni yazıçılar istəsə, görüşərəm Anar

Mən Xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yaz

arrow Ətraflı
Ürək özünü bərpa edə bilirmiş  Tibbdə inqilab like
  • 05 Noy 22:23  
Digərləri Ürək özünü bərpa edə bilirmiş Tibbdə inqilab

Elm dünyasında ürək xəstəliklərinin müalicəsində böyük dönüş yara

arrow Ətraflı
Şəbnəmin fanatına etdiyi hərəkət qınandı like
  • 05 Noy 22:08  
Şou-biznes Şəbnəmin fanatına etdiyi hərəkət qınandı

Müğənni Şəbnəm Tovuzlunun fanatı ilə davranışı bəyənilməyib. So

arrow Ətraflı
Şəhid analarının iştirakı ilə tədbir keçirilib like
  • 05 Noy 22:01  
Digərləri Şəhid analarının iştirakı ilə tədbir keçirilib

Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfə

arrow Ətraflı
Mahir Nəbiyev dünyasını dəyişdi like
  • 05 Noy 21:51  
Digərləri Mahir Nəbiyev dünyasını dəyişdi

Təhsil ictimaiyyətinə ağır itki üz verib.

arrow Ətraflı
Gəncədə gənc oğlan xəstəxanada öldü like
  • 05 Noy 21:48  
Digərləri Gəncədə gənc oğlan xəstəxanada öldü

Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.

arrow Ətraflı