Azərbaycanlı kurator Züleyxa İbad Berlin Elm Həftəsində beynəlxalq incəsənət və elm proqramını təqdim edəcək
Kriminal 06 Noy 2025 14:50:00 88 0
Azərbaycanlı kurator, I-opener e.V. təşkilatının sədr müavini və baş kuratoru Züleyxa İbad Berlin Elm Həftəsi çərçivəsində beynəlxalq incəsənət və elm proqramını təqdim edəcək.
Bu xəbəri də oxu: Vahid Əliyev vəfat etdi
"Beyond Now: How to Think Like a Forest When You've Been Raised by Screens" ("İndidən Sonra: Ekranlar arasında böyümüş biri kimi meşə kimi düşünmək") adlı bu proqram elm, incəsənət və ekoloji təxəyyülün birləşdiyi iki hissəli layihədir. Layihə Berlin mərkəzli I-opener e.V. təşkilatı tərəfindən hazırlanıb.
Proqramın ilk hissəsi - 8-9 noyabr 2025-ci il tarixlərində Mahalla Berlin məkanında keçiriləcək sərgidə ekologiyanın dağılmasını qəfil fəlakət deyil, davam edən mədəni və idrak transformasiyası kimi araşdıran iki sənətçinin instalyasiyaları təqdim olunacaq. Sərgidə fransız sənətçi Vinsent Jondo (Vincent Jondeau) özünün "Verschwinden" adlı instalyasiyasında 19-cu əsr botanika illüstrasiyalarını nəsli kəsilməkdə olan bitkilərin fotoşəkilləri ilə birləşdirir. Fransız sənətçi Benjamin Klaux isə "Apocalypse Now?" adlı işində meteorit mikroskop görüntülərini, rəqəmsal video və tekstil elementlərini ekoloji narahatlıqlar və kosmik mifologiya ilə bir araya gətirir.
Layihənin ikinci hissəsi 8 noyabr 2025-ci il, saat 15:00-21:00-da AirBerlin Alexanderplatz Project Space məkanında baş tutacaq panel müzakirəsi və seminar olacaq. Burada ekoloji zaman, məsuliyyət və incəsənətlə elmin əməkdaşlığı kimi mövzular müzakirə ediləcək.
Spikerlər arasında Oliver Juan (I-opener e.V.), Alla Leresteux (A Hidden Variable, Berlin), Enrique Torres (Künstlerische Tatsachen, Yena) və sənətçi Vinsent Jondo yer alır. Müzakirələrə Züleyxa İbad moderatorluq edəcək.
Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənda
İzləyicimiz Cəlilov Nadir Nahid oğlu Patrul.az-a müraciət edərək Xətai
"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildik
Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəz
Dağıstanda birinci arvadın ikinci arvadı toyda qarşılaması gündəm olub.
46 yaşlı türkiyəli iş adamı Rahman Olgunun meyiti tapılıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Anar Novruzovu özün
Sibel Can "Esquire Türkiye" jurnalına danışdı: "Səs duyğul
Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə b
"Tərtər işi" ilə bağlı təqsirli bilinən general-mayor Bəkir O
İş görüşmələri hər kəs üçün gərgin keçən bir prosesdir. İşə q
Fransanın mədəniyyət naziri və Paris meri vəzifəsinə namizəd Rəşidə
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik və ya stimulla
ABŞ-nin Kentukki ştatının Luisvil şəhərində baş verən yük təyyarəsi
Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.
