“Birliyin melodiyası, Qələbənin harmoniyası”


Kriminal 07 Noy 2025 18:15:00 81 0

“Birliyin melodiyası, Qələbənin harmoniyası”

Böyük Britaniyanın paytaxtı Londonun məşhur "Kings Place" mədəniyyət mərkəzində xalqımızın Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib. Konsert İngiltərədə yaşayan azərbaycanlı musiqiçi, Azərbaycanın Əməkdar artisti Elçin Şirinov tərəfindən "Melody of Unity, Harmony of Victory" ("Birliyin melodiyası, Qələbənin harmoniyası") adı ilə təqdim olunub.

Son.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Komitəsi (Diaspora ilə İş üzrə) tərəfindən təşkil edilib. Konsertdə İngiltərədə yaşayan soydaşlarımız, yerli ictimaiyyət nümayəndələri və rəsmi şəxslər iştirak ediblər. Qonaqlar arasında Prezidentin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, eləcə də Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova yer alıb.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi ehtiramla yad edilib. Xalqımızın şanlı Qələbəsinin tarixi barədə məlumat verilib.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" sözlərini xatırladaraq, torpaqlarımızın işğaldan azad edilməsinin tarixi və siyasi əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu Qələbə dövlət başçısının qətiyyəti və Azərbaycan ordusunun igidliyi sayəsində mümkün olub.

Çıxışlarda xaricdə yaşayan azərbaycanlıların informasiya müharibəsində fəal iştirak etdikləri, həqiqətlərimizin dünya ictimaiyyətinə vaxtında və əsaslı şəkildə çatdırılmasında mühüm rol oynadıqları xüsusi qeyd edilib.

Elçin Şirinov və müxtəlif millətlərdən olan musiqi ustalarının müşayiəti ilə Azərbaycan musiqisinin caz üslubunda improvizasiyaları səsləndirilib. Konsert tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılanıb.

Natiqlər "səhnə diplomatiyası"nın Azərbaycan Qələbəsinin dünyaya çatdırılmasında əvəzolunmaz əhəmiyyətə malik olduğunu bir daha diqqətə çatdırıblar. Son.az

Bu unitaz 10 min dollara satışa çıxarıldı  Qızıldandır like
  • 07 Noy 18:00  
Digərləri Bu unitaz 10 min dollara satışa çıxarıldı Qızıldandır

ABŞ milyarderi qızıldan hazırlanmış unitazı 10 milyon dollara satışa ç

arrow Ətraflı
"Avroviziya 2026"nın ilk iştirakçısı açıqlandı  FOTO like
  • 07 Noy 17:52  
Şou-biznes "Avroviziya 2026"nın ilk iştirakçısı açıqlandı FOTO

"Eurovision 2026" mahnı müsabiqəsində ilk təsdiqlənmiş iştirak

arrow Ətraflı
Tıxacda soldan girib qabağa düşmək istəyirdi, geri düşdü  VİDEO like
  • 07 Noy 17:45  
Digərləri Tıxacda soldan girib qabağa düşmək istəyirdi, geri düşdü VİDEO

Şəhər yollarında ən çox əsəbləri tarıma çəkən hallardan biri də t

arrow Ətraflı
Bu məktəbə direktor təyin edildi  FOTO like
  • 07 Noy 17:41  
Digərləri Bu məktəbə direktor təyin edildi FOTO

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri

arrow Ətraflı
Prezidentin təltif etdiyi general Namiq İslamzadə KİMDİR?  DOSYE like
  • 07 Noy 17:38  
Siyasət Prezidentin təltif etdiyi general Namiq İslamzadə KİMDİR? DOSYE

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu t

arrow Ətraflı
"Bakının yaxşı yerlərində 3 evim, 1 mağazam var" like
  • 07 Noy 17:30  
Şou-biznes "Bakının yaxşı yerlərində 3 evim, 1 mağazam var"

Müğənni Aygül Səfərova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 07 Noy 17:28  
Siyasət Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti 8 noyabr - Zəfər Günü münasibətil

arrow Ətraflı
Meteor yağışı olacaq  Bu tarixədək... like
  • 07 Noy 17:20  
Dünya Meteor yağışı olacaq Bu tarixədək...

Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Onun pik dövrü 17-18

arrow Ətraflı
Vaan Kerobyan saxlanıldı like
  • 07 Noy 17:10  
Dünya Vaan Kerobyan saxlanıldı

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan həbs edilib.

arrow Ətraflı
Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz like
  • 07 Noy 17:00  
Digərləri Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz

Ağıllı telefonlar artıq həyatımızın böyük bir hissəsini əhatə edir.

arrow Ətraflı
Bu şəxslər mənzillə təmin olunacaqlar like
  • 07 Noy 16:52  
Digərləri Bu şəxslər mənzillə təmin olunacaqlar

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin v

arrow Ətraflı
‘’Trendyol’’un ‘’Super alışveriş günləri’’ni Edis tanıdır like
  • 07 Noy 16:49  
Digərləri ‘’Trendyol’’un ‘’Super alışveriş günləri’’ni Edis tanıdır

Trendyol ilin ən böyük endirim kampaniyası "Super alış-veriş günlə

arrow Ətraflı
Bakcell abunəçisi 1 AZNlə lüks avtomobil sahibi oldu! like
  • 07 Noy 16:38  
Digərləri Bakcell abunəçisi 1 AZNlə lüks avtomobil sahibi oldu!

Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir "Zeekr 001

arrow Ətraflı