Gəncə Dövlət Filarmoniyasında “Əbədi Qardaşlıq” adlı Zəfər Günü konserti keçirildi FOTO
Kriminal 08 Noy 2025 17:58:00 61 0
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş "Əbədi Qardaşlıq" adlı möhtəşəm konsert proqramı keçirilib.
Bu xəbəri də oxu: Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub.
Zəfər Gününə həsr olunan bu təntənəli gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Naftalan şəhər icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türkiyə Respublikasının diplomatik nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında yürüş edərək Zəfər marşlarını ifa edib. Mehter sədaları şəhər sakinləri və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb, yürüş Filarmoniyanın qarşısından başlayaraq və Türk və Azərbaycan dostluğunun simvolik abidəsinin qarşısından keçərək əhval-ruhiyyəsini daha da yüksəldib Konsertin aparıcıları Zəfər salnaməsindən, qəhrəmanlıq tariximizdən və Azərbaycan-Türkiyə dostluğunun əbədiliyindən bəhs edən bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirdə ilk söz Mehteran Birliyinin nümayəndəsi Albay Tolqa Hasan Bezek Hocaya verilib. Bədii hissədə tanınmış sənətçilər - Xalq artisti Teyyub Aslanov, Zaur Gəray, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Vüsal Hacıyev, Rüstəm Cəfərov, Pərviz Abdullayev, Elmir Pişnamazzadə və Səttar Qəmbərov müxtəlif ifaları ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər.
Konsertdə həmçinin Filarmoniyanın Kamera orkestri (Bədii rəhbər - Xalq artisti Rafael Bayramov), Xalq çalğı alətləri orkestri (Bədii rəhbər - Xəyal Qəhrəmanov), Filarmoniyanın Rəqs kollektivi (Baletmeyster - Sənan Cavadov) və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" Nağara İfaçılar Ansamblı (Bədii rəhbər - Söhrab İbrahimov) və 2-ci Qarabağ müharibəsi qazisi Elmar Nəsirovun ifası və Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəbinin müəllimi aşıq İlqar Nəcəfoğlu və sazçalanlar ansamblı xüsusi rəng qatıb.
Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordum
Bu gün Bakıda keçirilən hərbi paradda Silahlı Qüvvələrimizin istifadəs
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiy
G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyin
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri
Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşova aktrisa bacısı Səd
Əfqanıstan və Pakistan arasındakı danışıqlar dayandırılıb, lakin atə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü ilə ba
8 Noyabr - Zəfər Gününün 5 illiyi Cəbrayıl şəhərində təntənəli ş
Ermənistanın keçmiş müdafiə naziri Mikael Harutyunyana yenidən ittiham ir
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətil
Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik
