Rober Lepajın "Hamlet Danimarka Şahzadəsi" xoreoqrafik dramı nümayiş etdirildi FOTO
Kriminal 10 Noy 2025 21:10:00 72 0
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Hamlet - Danimarka Şahzadəsi" (Hamlet - Prince of Denmark) xoreoqrafik tamaşası nümayiş etdirilib.
Bu xəbəri də oxu: Bakıda kişi arvadını balta ilə öldürdü, özünü isə...
Əfsanəvi rejissor Rober Lepajın (Robert Lepage), Kanadanın mədəniyyət şirkəti EX Machina və məşhur xoreoqraf-rəqqas Qiyyom Kotenin(Qiyyom Kote) Côté Danse truppasının birgə layihəsi olan tamaşanın premyerası 8 və 9 noyabr 2025-ci il tarixlərində Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində baş tutub.
Klassik teatrı, müasir xoreoqrafiyanı və mürəkkəb vizual effektləri birləşdirən məşhur Şekspir faciəsinin bu plastik təfsiri klassik dramı yenidən canlandırıb və tamaşaçıları qəhrəmanların mürəkkəb, ziddiyyətli dünyasına qərq edib.
Maraqlıdır ki, Bakı tamaşaçıları Lepajın yeni işini əksər Avropa tamaşaçılarından xeyli əvvəl izləyə biliblər. Əslində, 2024-cü ilin aprelində Torontoda (Kanada) keçirilən dünya premyerası və 2024- cü ilin mayında Rumıniyada keçirilən Avropa premyerasından sonra tamaşa Avropada qastrol səfərində olmayıb. Buna görə də Bakı onu Paris də daxil olmaqla bir çox Avropa paytaxtlarından əvvəl görüb.
Tamaşa iki məşhur Kanada sənətçisi: sirkdən operaya, kinodan rəqsə qədər müxtəlif janrlar arasında keçidlər etmək ustalığı ilə məşhur olan kult rejissor Robert Lepaj və istedadlı xoreoqraf- rəqqas Qiyyom Kotenin ittifaqının nəticəsidir.
Lepajın bu versiyası Şekspirin məşhur faciəsinin üçüncü təfsiridir. Lakin əvvəlki işlərdən fərqli olaraq, bu dəfə tamaşada əsas diqqət plastik ifadəyə - rəqsə yönəldilmişdir.
Həyat yoldaşı Nərgiz aparıcı Cavid Güllə bağlı paylaşım edib.
Alimlər uzunömürlülüyün sadə formulunu açıqlayıblar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Azərbaycan Mədəniyyət İ
Biləcəri qəsəbəsində baş verən faciəli qətlin təfərrüatı məlum ol
"Azərbaycan zəfəri" adlı konsert proqramı təqdim olunub.
Türk aktyor Yalçın Dümer illər əvvəlki nikahı ilə bağlı açıqlama ve
Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.
Türkiyənin "Eyüpspor" futbol komandasının prezidenti və üç hak
Qadınların kişilərə nisbətən niyə daim isti hiss etmə səbəbləri ara
Hindistanda, Nyu-Delhidə metro stansiyasının yaxınlığında partlayış ba
Siqaretə erkən yaşda başlamaq 30 yaşdan sonra impotensiya riskini artırır
Müğənni Zamiq Hüseynov verilişlərə az çıxmasının səbəbini açıqlay
Qəribə dizaynı ilə seçilən "Mitsuoka Orochi" idman avtomobili Ya
Qazaxstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan
