“Ülvinin birinci xanımı ilə əlaqəm var, oğluna “ata” sözü dedirtmişəm” keçmiş arvadı isə
Şou-biznes 11 Noy 2025 16:03:00 66 0
Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədovaya Ülvinin birinci xanımı Səadət Hümbətova cavab verib.
Bu xəbəri də oxu: "Camaat bir dəfə ərə gedə bilmir, mən 2 dəfə GETMİŞƏM"
Son.az xəbər verir ki, bu barədə o, OLAY-ın instaqram səhifəsində şərh yazıb.
S. Hümbətova Fatimənin son açıqlamasına cavab olaraq bunları qeyd edib:
"Salam, mən Turanın anasıyam. Günlərdir davam edən bu lazımsız söz-söhbətlərdən artıq yorulmuşuq. Oğlumun 10 yaşı olacaq, inşallah. Bu günə qədər bu mövzuda heç nə danışmamışam. Keçmiş, bitmiş bir şeyin yenidən gündəmə gətirilməsi məni danışmağa məcbur etdi. İstəyirəm bəzi məsələlərə aydınlıq gətirim. İlk olaraq onu qeyd edim ki, bizim ayrılmağımızda Fatimə xanımın heç bir əlaqəsi yoxdur. Mən özüm qarşı tərəfdən ayrılmışam. O ki qaldı görüş və daimi əlaqəyə - çox uzun zaman öncə bir neçə dəfə görüş olub. Uşaqlarla görüşə gələndə isə sadəcə Sofini görüb. Turan 1-ci sinfə gedəndən bəri artıq uzun müddətdir ki, heç bir əlaqə və ya görüş olmayıb. Yalnız bibisi əlaqə saxlayır, aliment göndərilir. Ondan başqa heç kəslə kontakt yoxdur. Və ən önəmlisi - heç kim mənim övladıma istəmədiyi heç bir sözü dedirdə bilməz. Mən ailəmlə yaşayıram, övladım da gözünü açandan babasını görüb və onu həm də ata yerinə qoyub. Atasının kim olduğunu da yaxşı bilir. Allah bütün balaları qorusun. Şükürlər olsun, oğlum düşünmə qabiliyyəti yerində olan ağıllı uşaqdır, hər şeyin fərqindədir. 10 yaşı olacaq və sadəcə ən azından deyilməli idi ki, "3 övladım var". Bütün bu olanlar onun qarşısına çıxmamalı idi. Oğlum bu danışığı görüb və hər şeyin fərqindədir. 5 yaşına qədər demək olar ki, ümumiyyətlə görüş olmayıb. Sonuncu dəfə il yarım əvvəl Turanı atası və bibisi görüblər. Daha sonra heç bir görüş istəyi olmayıb. Oğlum da nə atasını görmək istəyir, nə də onunla görüşmək. Bir də bu yersiz və lazımsız mövzuya görə mənim və oğlumun adının heç bir yerdə hallanmağını istəmirəm. Hər kəs öz həyatını yaşasın. Bu söz-söhbətlər oğluma çox pis təsir edib. Onun verdiyi sualların qarşısında bu gün bu açıqlamanı verməyə məcbur oldum.
Əgər bu cür şeylər bir daha təkrarlanarsa, bu qədər səbirli olmayacağam".
xxx
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
Müğənni Mənzurə Musayeva ilə bağlı maraqlı fakt gündəmə gəlib.
AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf
Əməkdar artist Elnur Kərimov xanımı Zülfiyyə Kərimova ilə toy görü
Şirvan şəhərində sərxoş vəziyyətdə sərnişin daşıyan mikroavtobus s
Vətən müharibəsi veteranı Əzizağa Quluzadə dələduzluğun qurbanı oldu
Günəşdə güclü partlayışlar və Yerdə G2 (orta) səviyyəsində geomaqni
2017-ci ilin oktyabrın həbsdən azad edilən və 2020-ci ilin avqustunda Türk
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Meyxanaçı Tərlan Novxanılının ailəsi ilə bağlı maraqlı görüntü ya
Son günlər bölgələrdə ətin qiymətində ucuzlaşmasının olması ilə ba
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
"Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğən
Aktyor Aytaç Şaşmaz ilə 4 illik münasibətini sonlandıran aktrisa Cemre Ba
Türkiyənin Ədirnə şəhərinin Keşan ilçəsində tək yaşayan iş adamı
