"Atam dedi ki, hansısa kişinin çənəsinə, dodağına baxsan..."
Şou-biznes 12 Noy 2025 19:41:00 89 0
Tanınmış meyxanaçı Zarina Buzovnalı maraqlı açıqlaması ilə diqqət çəkib.
Bu xəbəri də oxu: Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi
Son.az xəbər verir ki, o, atasının sənətə başlamazdan əvvəl qoyduğu şərti açıqlayıb.
Söz ustası atasının sənətə qədəm qoyarkən ona dediyi və illər sonra mənasını dərk etdiyi şərtdən danışıb.
Sənətçi bildirib ki, atası ona kişi məclislərində davranışı ilə bağlı ciddi xəbərdarlıq edib:
"Atam demişdi ki, nə vaxtsa hansısa məclisdə bir kişinin çənəsinə, dodağına baxsan, haqqımı sənə halal etmərəm. O vaxt bu sözlərin mənasını tam anlamırdım."
Zarina illər sonra mərhum meyxanaçı Vüqar Biləcəri ilə söhbəti zamanı həmin nəsihətin dərin mənasını anladığını deyib:
"Vüqardan soruşanda dedi ki, yəni heç bir kişinin qarşısında başını aşağı salma, gözün kölgəli olmasın".
Meyxanaçı əlavə edib ki, qadın kimi hər zaman incə davranmağa çalışsa da, şərəfini və prinsiplərini heç vaxt güzəştə getməyib:
"Mən Allahın yaratdığı qadınam, əqidəm, atamın verdiyi adım və namusum var. Bunları kənara atsam, mən kim olaram?"
Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirə yaradıb və bir çox izləyicilər tərəfindən təqdirlə qarşılanıb.
Musa Son.az
Naxçıvanda yanacaqdoldurma məntəqəsinin anbarında baş verən yanğın q
Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə bərpa-quru
Müğənni Nura Suri Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəs
Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin
Evdə təmizlik zamanı istifadə olunan bəzi vasitələr sağlamlığa ciddi z
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı
1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yarada
Sünikdə "Tramp Marşrutu"nun (TRIPP) hissəsinin tikintisi 2026-cı
Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənn
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Muğam
“70 yaşlı qadın yığır ki, demişdin məni sevirsən”
Türkiyənin "BeIN Sports" telekanalının İstanbulun Ayazağa məhə
