“Yeddi Gözəl” baleti “Balet günləri” layihəsinə yekun vurdu FOTO


Kriminal 13 Noy 2025 15:40:00 70 0

“Yeddi Gözəl” baleti “Balet günləri” layihəsinə yekun vurdu  FOTO

Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli bəstəkar Qara Qarayevin üçpərdəli "Yeddi Gözəl" baleti nümayiş olunub. Tamaşa ilə genişmiqyaslı "Balet günləri" layihəsinə yekun vurulub.

Baleti orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Libretto Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında Y. Slonimski, Rəfiqə Axundova və Maqsud Məmmədov tərəfindən yazılıb. Əsərdə qədim şah Bəhram Gurun yeddi gözəl vasitəsilə həyatın mənasını, insan ruhunun dərinliklərini dərk etməsi, həm eşqin, həm də hakimiyyətin sınaqlarından keçməsi təsvir olunur. Gecənin əsas rollarında Timur Oduşev (Bəhram) və Yuliya Ferştandt (Ayşə) çıxış ediblər. Onların səhnə dueti sevginin saflığını, itkinin ağrısını və insanın mənəvi oyanışını musiqi və hərəkətin dili ilə tamaşaçılara çatdırıb. Makar Ferştandt (Vəzir) isə qəhrəmanın qaranlıq tərəfini təcəssüm etdirərək, səhnədə gərginlik və daxili qarşıdurma atmosferi yaradıb.

Yeddi gözəlin rollarını Ayan Eyvazova (Gözəllər gözəli), Məryam Şabakayeva (Hind gözəli), Səbinə Məmmədova (Bizans gözəli), Nigar Əliyeva (Xarəzm gözəli), Liana Praqa (Slavyan gözəli), Əməkdar artist Elmira Süleymanova (Məğrib gözəli) və Zəhra Tanrıverdiyeva (Çin gözəli) ifa ediblər. Rəqqasələrin plastikası və milli üslub elementləri tamaşaya rəngarəng emosional çalarlar qatıb.

Quruluşçu baletmeysterlər - Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov əsəri həm milli, həm də bəşəri duyğularla zəngin bir şəkildə təqdim ediblər. Repetitorlar Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artistlər Fərid İbrahimov və Yuriy Lobaçev olub.

Baletin səhnə tərtibatı da tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Quruluşçu rəssamlar - SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev əsərin simvolikasını rəngarəng və poetik səhnə həlli ilə canlandırıblar.

Qeyd edək ki, 15 oktyabr - 11 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən "Balet Günləri" layihəsi çərçivəsində klassik və müasir balet sənətinin nümunələri tamaşaçılara təqdim olunub. Layihədə həm yerli, həm də xarici xoreoqrafların əsərləri nümayiş etdirilib, gənc ifaçılarla yanaşı, balet səhnəsinin tanınmış ustaları da çıxış ediblər.

Hesaba görə kafe sahibi ilə mübahisə etdi, 6 yaşlı oğlu başından zərbə aldı like
  • 13 Noy 15:38  
Digərləri Hesaba görə kafe sahibi ilə mübahisə etdi, 6 yaşlı oğlu başından zərbə aldı

Gəncədə kafedə azyaşlıya qarşı zorakılıq etmiş Nizami Məmmədov və

arrow Ətraflı
KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir  FOTO like
  • 13 Noy 15:36  
Digərləri KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir FOTO

KOB Model Müəssisə 2025-ci ilin ötən dövrü ərzində sahibkarlara istehsa

arrow Ətraflı
Kişi aliment ödəməmək üçün ağlasığmaz üsula əl atdı  Hər il... like
  • 13 Noy 15:27  
Digərləri Kişi aliment ödəməmək üçün ağlasığmaz üsula əl atdı Hər il...

Rusiyanın Tümen şəhərində yaşayan kişi illərlə uşaq dəstəyi (alimen

arrow Ətraflı
Köməksiz vəziyyətdədir, amma xəstəxanalar qəbul etmir like
  • 13 Noy 15:14  
Digərləri Köməksiz vəziyyətdədir, amma xəstəxanalar qəbul etmir

Xətai rayonunun Şirin Mirzəyev küçəsində yaşayan Serqey Pronin bir neç

arrow Ətraflı
Türkiyədə daha bir zəlzələ oldu like
  • 13 Noy 14:52  
Digərləri Türkiyədə daha bir zəlzələ oldu

Mərmərə dənizinin Silivri sahillərində 3,4 bal gücündə zəlzələ baş

arrow Ətraflı
Bu halda məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil  Nazir like
  • 13 Noy 14:29  
Digərləri Bu halda məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil Nazir

"İxtisarla bağlı deyə bilərəm ki, bu yəqin ki, davam edəcək. Burad

arrow Ətraflı
Dünyanın ən gözəl qadınları SEÇİLDİ like
  • 13 Noy 14:20  
Şou-biznes Dünyanın ən gözəl qadınları SEÇİLDİ

Yunan gözəllik prinsiplərinə əsaslanan "qızıl nisbət" tədqiqa

arrow Ətraflı
Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı like
  • 13 Noy 14:16  
Digərləri Fuad Nəcəfli vəzifədən azad olunmasından danışdı

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbay

arrow Ətraflı
Gəlin toy günü başqası ilə yataqda oyandı: “Peşman deyiləm” like
  • 13 Noy 14:05  
Digərləri Gəlin toy günü başqası ilə yataqda oyandı: “Peşman deyiləm”

İngiltərənin Lids şəhərindən olan gəlin Emi Qolyok toy günü başqa bir

arrow Ətraflı
Samir Nuriyev Ceyhun Cəlilovu ictimaiyyətə təqdim edib like
  • 13 Noy 13:58  
Siyasət Samir Nuriyev Ceyhun Cəlilovu ictimaiyyətə təqdim edib

Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının r

arrow Ətraflı
20 nəfərin şəhid olduğu C130larla bağlı qərar verildi like
  • 13 Noy 13:55  
Digərləri 20 nəfərin şəhid olduğu C130larla bağlı qərar verildi

Azərbaycan-Gürcüstan sərhədində 20 hərbçinin şəhid olduğu C-130 tipl

arrow Ətraflı
Azərbaycanlı tələbələr Moldova aeroportunda qalıb  XİNdən açıqlama  FOTO like
  • 13 Noy 13:20  
Digərləri Azərbaycanlı tələbələr Moldova aeroportunda qalıb XİNdən açıqlama FOTO

"Ukraynaya oxumağa gedən 34 azərbaycanlı tələbə Moldovada saxlanıl

arrow Ətraflı
Sarkisyanın müsahibə verdiyi tanınmış aparıcılar SAXLANILDI like
  • 13 Noy 12:55  
Dünya Sarkisyanın müsahibə verdiyi tanınmış aparıcılar SAXLANILDI

Ermənistanda  "İmnemnimi" podkastının aparıcıları Narek Samson

arrow Ətraflı