Beynəlxalq Muğam Mərkəzində növbəti “Muğamat axşamı” konserti baş tutub FOTO
Kriminal 13 Noy 2025 17:25:00 70 0
Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konserti baş tutub.
Bu xəbəri də oxu: Filarmoniyada Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub FOTO
Konsert proqramında Əməkdar artistlər Səbuhi İbayev, Sevinc Sarıyeva, Ehtiram Hüseynov, eləcə də BMM-nin solistləri Səbinə Ərəbli, Nisbət Sədrayeva, Mirələm Mirələmov və Məmməd Nəcəfov çıxış ediblər.
Sənətkarların ifasında "Şüştər", "Dilkəş", "Segah", "Çahargah" muğamlarından parçalar, xalq mahnıları və təsniflər səsləndirilib. Zəngin musiqi proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb. Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental ansambl müşayiət edib. Ansamblın tərkibində: tarda - Rüstəm Müslümov, kamançada - Toğrul Əsədullayev, qanunda - Məhta Məhəmmədəlizadə, nağarada - Siyavuş Kərimov, balabanda - Rafael Əsgərov, zərb alətlərində isə Səyyar Teymurov və Vahid Süleymanov çıxış ediblər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tərəfindən reallaşdırılan "Muğamat axşamı" konsertləri Azərbaycan milli musiqisinin təbliğinə yönəlib. Muğam sənətinin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan layihə sənətsevərlər arasında böyük maraqla qarşılanır. "Muğamat axşamı" və "Muğam dəstgahları" adlı konsert proqramları ayda iki dəfə tamaşaçıların ixtiyarına təqdim olunur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Valideynlərinin ona bənzəmədiyini iddia edən gənc Xoşqədəm Baxşəliyev
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub.
Meyxanaçı və müğənni Namiq Qaracuxurlu uzun fasilədən sonra məclislərd
Türkiyəli məşhur müğənni Işın Karaca səhnədə yıxılaraq ayağından
Dünyaca məşhur "Balenciaga" brendinin yeni məhsulu sosial şəbək
Müğənni Vəfa Şərifova bacısına 30 min manat dəyərində cip avtomobil h
İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.
Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda
İstilik enerjisinə görə heç ödəniş etməyən vətəndaşların yığıla
TASS informasiya agentliyinin məlumatına görə, 6 noyabr tarixində Moskvada
Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - m
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin
Azərbaycan regiondakı (Mərkəzi Asiyadakı) bütün ölkələrlə ən yüksə
"Sumqayıt" klubunun futbolçusunun ailəsində sevinc yaşanır.
