Reabilitasiya mərkəzindəki ölümə görə 10 il 6 ay həbs aldı
Kriminal 16 Dek 2025 17:38:00 96 0
Ötən ilin dekabrında Abşeron rayonu Fatmayı kəndində yerləşən "Həyat üçün şans" reabilitasiya mərkəzində baş vermiş ölüm hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, vətəndaş Pərviz Həsənovun Göygöldən oğurlanaraq mərkəzə gətirilməsi və bir gün sonra ölməsi hadisəsi üzrə açılmış iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 5 nəfərə hökm oxunub.
Mərkəzin rəhbəri Elgiz Alxanov Cinayət Məcəlləsinin 144.3, 309.2 və 32.3, 310-cu (adam oğurluğu, vəzifə səlahiyyətlərini aşma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə təqsirli bilinib. Ona 10 il 6 ay həbs cəzası verilib.
Mərkəzin əməkdaşları olan Mustafa, Bəhruz və Əbülfətə, eləcə də sürücü kimi hadisədə iştirak etmiş Niyaməddin adlı şəxsə isə şərti cəza təyin edilib.
Bildirilib ki, hadisədən əvvəl P. Həsənovun yaxını televiziyaların birində elanını gördüyü mərkəzlə əlaqə saxlayıb. O, Pərvizin müalicəsinə yardım göstərilməsini xahiş edib və müəyyən məbləğ qarşılığında razılıq əldə edilib. Bundan sonra mərkəzin işçiləri Göygölə gedərək Pərvizi zorla Fatmayı kəndinə gətirərək buradakı evə yerləşdiriblər. Lakin o, məcburi müalicəyə etiraz edib. Bu zaman onu döyərək zərbələr endiriblər. Orada köməksiz halda qalan P.Həsənov bir gün sonra vəfat edib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Abşeron Rayon Prokurorluğunda aparılıb.
"Matrix" filmində rol alan aktyor Martin Qrelis vəfat edib.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Türkiyəli aktrisa Aslı Bekiroğlu açıq-saçıq səhnələrə görə tənqi
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZA
16 Dekabr saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmo
Müğənni Ümman Zali keçmiş həyat yoldaşı Rəhman Əliyev haqqında diqq
Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olub, dağlıq ərazilərd
Ukrayna Ali Radasında deputatlar Maryana Bezuqla və Serhiy Taruta arasında ə
Müəssisədə bu ilin 11 ayında əlilliyi olan 5 mindən çox şəxsə reabili
Bəzi qidaların düzgün şəkildə qəbul edilməməsi sağlamlıq üçün cid
Xəbər verdiyimiz kimi, ağır və xüsusilə ağır cinayətlərə görə mə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiy
Bolqarıstanda hökumətin büdcə layihəsinə və artan korrupsiya iddiaların
Elektron siqaretlərin (vape) istifadəsi və satışı ilə bağlı qadağalar
