Müğənni Güllünün sərvət açıqlandı
Şou-biznes 17 Dek 2025 23:00:00 72 0
Yalovada evinin pəncərəsindən yıxılaraq həyatını itirən, səhnə adı "Güllü" olan müğənni Gül Tutun Çınarcık rayonundakı evi istisna olmaqla başqa əmlakının olmadığı müəyyən edilib. Araşdırmalar zamanı onun bəzi bank hesablarında 250-850 lirə arasında məbləğdə pulun olduğu aşkar olunub.
Bu xəbəri də oxu: Azərbaycanlı aktrisanın hamam xalatında FOTOları yayıldı
Son.az xəbər verir ki, vərəsəlik sənədi 6 oktyabr 2025-ci il tarixində alınıb və həmin tarixədək mirasçıların hər hansı hüquqi əməliyyat aparması mümkün olmayıb.
Oktyabr ayından etibarən 50-dən çox bank və müvafiq qurumdan daxil olan cavablara əsasən, Gül Tutun Çınarcıkdakı evidən başqa hər hansı daşınar və ya daşınmaz əmlakının olmadığı, yalnız bəzi banklarda cüzi məbləğdə vəsaitinin mövcud olduğu təsdiqlənib.
Məlumata görə, Gül Tutun vərəsəlik sənədi 6 oktyabr 2025-ci ildə alınıb. Bu tarixdən əvvəl mirasçıların hər hansı rəsmi addım atması mümkün olmayıb.
Eyni zamanda müğənninin qardaşlarının vəkillər vasitəsilə Tuğyan Ülkem Gülter və Tuğberk Yağız Gülter barəsində, analarını miras məqsədilə öldürmüş ola biləcəkləri iddiası ilə şikayət etdikləri öyrənilib.
52 yaşlı müğənni Gül Tut 26 sentyabr tarixində Yalovada yerləşən 6-cı mərtəbədəki evinin üstü örtülü terasında olan pəncərədən naməlum səbəbdən yıxılaraq həyatını itirmişdi. Onun cənazəsi İstanbulda dəfn olunmuşdu.
Saxlanılanlardan Tuğyan Gülter həbs olunmuş, Sultan Nur Ulu barəsində ev dustaqlığı qərarı verilmişdi. Digər üç nəfər isə prokurorluqdakı ifadələrindən sonra azadlığa buraxılmışdı. Lalə Qüdrətova Son.az
Pis yuxu rejimi beynin "təmizlənməsinə" mane olur və toksinlərin
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə
Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqız
Xəbər verdiyimiz kimi, aktrisa İlqarə Tosovanın ad günü olub.
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşka
Model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Karelin iddialarına cavab
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publi
Bu gün saat 20 radələrində paytaxtın Xəzər rayonunda ağır yol qəzası
Bakıda bir sıra küçə və prospektlərdə yeni tip işıqforların quraşdı
Şuşa şəhərinin D-5 yaşayış massivində ikinci mərhələ üzrə səkkiz
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvə
Hazırda 15 özəl şirkətin müdafiə sənayesi sahəsindədə lisenziya əsas
