“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub FOTO


Kriminal 18 Dek 2025 17:34:00 81 0

“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub  FOTO

Yunan filosofu Platon musiqini yalnız sənət deyil, həm də təhsil və əxlaq vasitəsi hesab edib. O, musiqinin insan ruhuna birbaşa təsir etdiyini, xarakterin formalaşmasında mühüm rol oynadığını vurğulayırdı. Platona görə xor musiqisi isə səs, ritm və rəqs vasitəsilə harmoniya, kollektiv düşüncə və nizam-intizam hissini gücləndirdiyi üçün xüsusilə vacib idi. Bu baxımdan xor ifası təkcə musiqi bacarığı deyil, həm də birgə əmək, qarşılıqlı dinləmə və məsuliyyət mədəniyyətini formalaşdıran mühüm vasitədir. 

Musiqi ümumiyyətlə uşaqların intellektual, emosional və sosial inkişafında əvəzsiz rol oynayır. Elmi araşdırmalar göstərir ki, musiqi ilə məşğul olan uşaqlarda yaddaş, diqqət, nitq bacarıqları, eləcə də emosional ifadə qabiliyyəti daha sürətlə inkişaf edir. Xorda oxumaq isə uşaqlara özünü ifadə etməklə yanaşı, kollektivin bir parçası olmağı, bir-birinə uyğunlaşmağı və səhnə mədəniyyətini aşılayır.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu baxımdan hər zaman uşaqların hərtərəfli inkişafına xüsusi diqqət ayırır. Filarmoniyanın nəzdində fəaliyyət göstərən dərnəklər, xüsusilə xor və vokal sinifləri uşaqların musiqi dünyasını kəşf etməsinə, istedadlarının üzə çıxmasına və peşəkar səhnə təcrübəsi qazanmasına geniş imkan yaradır. 

10 ildən çoxdur ki, müxtəlif tədbir və müsabiqələrdə uğurla iştirak edən "Səda" uşaq xoru və vokal sinifi bu istiqamətdə nümunəvi kollektivlərdən biridir. Uzun illər ərzində formalaşan bu yaradıcı kollektiv təkcə yüksək ifa mədəniyyəti ilə deyil, həm də özünəməxsus səhnə duruşu və səmimi çıxışları ilə seçilir. "Səda" uşaq xorunun bədii rəhbər və dirijoru Mehdizadə Aysel xorla oxumanın incəliklərini, qayda-qanunlarını hər bir uşağa dəqiqliklə öyrədir, xüsusi həssaslıqla yanaşır, hər bir iştirakçının səs imkanlarını nəzərə alaraq onlarda düzgün nəfəs alma, intonasiya, ritm duyumu və səhnə mədəniyyətini formalaşdırır. Onun peşəkar və səbrli yanaşması nəticəsində uşaqlar təkcə musiqi bilikləri qazanmır, eyni zamanda kollektiv ruhu, məsuliyyət hissini və sənətə sevgi ilə yanaşmağı öyrənirlər. 

Təqdim olunan "Uşaqların səsi" adlı konsert proqramı da bunun bariz nümunəsi oldu. Əsl bayram abu-havalı bu gecədə uşaqların saf, sevgi dolu, həyəcanlı və sevincli çıxışları hər ifalarında, hətta hər notlarında hiss olunurdu. Rəngarəng repertuar, fərqli janrlı mahnılar, onların musiqiyə olan sevgisi bütün zalda əyləşən tamaşaçıların böyük heyranlıq və sevinc hissi ilə izlədiyi möhtəşəm bir sənət bayramına çevrildi.  Bu cür konsertlər uşaqlar üçün təkcə səhnə təcrübəsi deyil, eyni zamanda özünə inamın artması, uğur hissinin yaşanması və gələcək yaradıcılıq yoluna motivasiya deməkdir. Tamaşaçılar üçün isə bu çıxışlar saf duyğuların, səmimi sənətin və gələcəyin istedadlarının canlı təzahürüdür. 

Konserti izləyənlər arasında Professor, Xalq artisti Gülnaz İsmayılova, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədova-Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndə, 17 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Samirə İsayeva, bəstəkar Sevda Rəhimova və digər qonaqlar var idi. 

Vokal sinfinin müəllimi, peşəkar vokal ifaçısı Aslanova Leyla artıq uzun illərdir ki, bu sinfə rəhbərlik edir. Hər bir şagirdə fərdi, peşəkar yanaşması konsert zamanı uşaqların ifasında, səhnə duruşlarında aydın hiss olunurdu.  Azərbaycan Dövlət Uşaq Filarmoniyası və onun nəzdində fəaliyyət göstərən "Səda" uşaq xoru kimi kollektivlər milli musiqi mədəniyyətimizin yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm missiya daşıyır. Bu missiya isə hər bir uğurlu çıxışda, hər bir alqışda və hər bir uşağın gözlərindəki sevincdə öz əksini tapır.  Konsertin sonunda bütün iştirakçılar və müəllimlər səhnəyə çıxaraq gələn qonaqlara, tamaşaçılara, valideyinlərə, eləcə də Dövlət Uşaq Filarmoniyasının rəhbəliyinə öz dərin təşəkkürlərini bildirib. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı like
  • 18 Dek 17:32  
Digərləri 6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı

Almaniyada saxlanılan Azərbaycan vətəndaşı Ukraynaya deportasiya olunub. 

arrow Ətraflı
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı  FOTO like
  • 18 Dek 17:30  
Şou-biznes Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı FOTO

Türkiyədə səhər saatlarında məşhurlara qarşı keçirilən əməliyyatı

arrow Ətraflı
Damarları daraldır, infarkt riskini artırır  Azərbaycanda da like
  • 18 Dek 17:10  
Digərləri Damarları daraldır, infarkt riskini artırır Azərbaycanda da

Tədqiqatlar göstərir ki, elektron siqaretlər və "vaping" cihazlar

arrow Ətraflı
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTVyə bu kadrlara görə like
  • 18 Dek 17:00  
Şou-biznes Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTVyə bu kadrlara görə

MTV kanalında efirə gedən "Xoş Sabah" proqramında canlı yayım z

arrow Ətraflı
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var like
  • 18 Dek 16:56  
Digərləri Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var

Hindistanda vəhşi fillərin ardıcıl hücumları yerli sakinlər arasında pa

arrow Ətraflı
Beybutovun 4 milyonu kimdədir?  Cavid Hüseynli azadlığa buraxıldı like
  • 18 Dek 16:45  
Digərləri Beybutovun 4 milyonu kimdədir? Cavid Hüseynli azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ k

arrow Ətraflı
Rus kürüsü Trampa necə çatdı? like
  • 18 Dek 16:41  
Digərləri Rus kürüsü Trampa necə çatdı?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın X

arrow Ətraflı
Aİnin Cənubi Qafqazda "alov" axtarışı  Külə dönən nüfuz... like
  • 18 Dek 16:30  
Siyasət Aİnin Cənubi Qafqazda "alov" axtarışı Külə dönən nüfuz...

Son günlər Avropa Parlamentinin gündəmində yenidən Azərbaycan mövzusu &q

arrow Ətraflı
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib"  Peskov like
  • 18 Dek 16:20  
Dünya "Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" Peskov

Putin və Ərdoğan Aşqabadda S-400 məsələsini müzakirə etməyiblər.

arrow Ətraflı
Hadisədən "2025"ə vida RƏQSİ like
  • 18 Dek 16:10  
Şou-biznes Hadisədən "2025"ə vida RƏQSİ

Hadisə yeni paylaşımı ilə müzakirələrə səbəb olub.

arrow Ətraflı
Qubada sərnişin avtobusu ana və övladını vurdu  ölən var like
  • 18 Dek 16:05  
Digərləri Qubada sərnişin avtobusu ana və övladını vurdu ölən var

Qubada sərnişin avtobusu ana və övladını vurub.

arrow Ətraflı
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq?  AÇIQLAMA like
  • 18 Dek 16:00  
Digərləri Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? AÇIQLAMA

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə

arrow Ətraflı
Rüşvət alan bağça müdiri işdən qovuldu like
  • 18 Dek 15:58  
Digərləri Rüşvət alan bağça müdiri işdən qovuldu

Zaqatalada bağça müdiri rüşvət ittihamı ilə vəzifəsindən kənarlaşd

arrow Ətraflı
Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı like
  • 18 Dek 15:50  
Digərləri Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın nəqliyyat infrastr

arrow Ətraflı