Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19 Dek 2025 13:11:00 66 0
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Volodimir Zelenski İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.
Böyük məmnunluqla qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma kimi möhkəm prinsiplərə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri son zamanlar yeni vüsət alıb.
Bu münasibətlər yüksək səviyyədə qarşılıqlı etimad və anlaşma ilə fərqlənir ki, bu da dövlətlərimizin gələcək uğurlu inkişafı üçün möhkəm təməl rolunu oynayır.
Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, davamlı tərəqqi və firavanlıq arzulayıram".
"İcbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətləri
Hindistanın Qucarat əyalətində bir Hindu məbədində ibadətdən sonra payl
Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyev
"Ölkə üzrə 3500-dən çox vərəmli xəstə dispanser qeydiyyatına al
Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında y
Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əs
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi onlar
Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yarım milyonluq avtomobili ilə yolda
Məşhur türkiyəli müğənni Onur Akın klip çəkilişi zamanı bədbəxt ha
Türk dövlətlərinin dezinformasiya qarşısında dayanıqlı kommunikasiya si
Mal qara arasında yayılan dabaq xəstəliyi süd məhsullarının satışına
Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda tə
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.
